Siyasət

  • 6 532

Yaqub Mahmudov: Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi tarixi nailiyyətimizdir

image

«1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi tarixi nailiyyətimizdir». Bu fikri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, xalqımız dövlətimizin müstəqilliyi ilə fəxr edir. Onun sözlərinə görə, Azərbaycan xalqının qədim dövlətçilik tarixi var. Millət vəkili deyib ki, bugünkü müstəqilliymiz də möhkəm təməllər üzərində qurulub.
«18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Amma 1990-cı illərin əvvəlində müstəqilliyimiz böyük təhlükə altında idi. Daxildəki siyasi-iqtisadi böhran, anarxiya və Ermənistanın hərbi təcavüzü müstəqilliyimizi itirməyə səbəb ola bilərdi. 1993-cü ilin iykn ayında Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan müstəqilliyini növbəti dəfə itirmək təhlükəsindən xilas oldu. Bu gün Azərbaycan dövləti Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərfindən uğurla inkişaf edir. Azərbaycan artıq dünyada nüfuzlu, söz sahibi olan dövlətdir və ölkəmiz inkişaf yolunda uğurla davam edir»- deyə, Y.Mahmudov vurğulayıb.

yap.org.az

Digər xəbərlər