Siyasət

  • 3 607

Penitensiar xidmətdə Müstəqillik Günü qeyd edilib

image

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabe qurumlarında 18 oktyabr – Müstəqillik Günü geniş şəkildə qeyd edilib.SİA-nın verdiyi məlumata görə, Penitensiar xidmətlə Mədəniyyət və Turizm Nazirliyi arasında 2017-ci il üçün birgə təsdiq edilmiş tədbirlər planına əsasən Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin məsul əməkdaşlarının və aidiyyatı qurumların nümayəndələrinin iştirakı ilə Tərbiyə müəssisəsində, 6, 7 və 15 saylı cəzaçəkmə müəssisələrində mədəni-kütləvi tədbir təşkil olunub.15 saylı cəzaçəkmə müəssisəsində keçirilən tədbirdə məhkumlara Milli Qəhrəman Əliyar Əliyevin həyatından bəhs edən “Pəhləvan komandir” adlı sənədli film nümayiş etdirilib.Bayram münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində 6 saylı cəzaçəkmə müəssisəsində məhkumlara Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı heyətinin iştirakı ilə “Azərbaycan – yurdum mənim” adlı tamaşa göstərilib.Azərbaycan Yaradıcılıq Fondunun nümayəndələri və ölkənin aparıcı mətbuat orqanlarında imzaları olan tanınmış yazarlar bayram münasibətilə Tərbiyə müəssisəsinə baş çəkiblər. Tədbir çərçivəsində qonaqlar tərəfindən gətirilmiş 45 ədəd bədii ədəbiyyat azyaşlı məhkumlara hədiyyə edilib.7 saylı cəzaçəkmə müəssisəsində Müstəqillik Gününə həsr olunmuş şahmat turniri keçirilmiş, qalib məhkumlar mükafatlandırılıblar.18 oktyabr Müstəqillik Günü münasibətilə Penitensiar xidmətin Mühafizə Alayında da tədbir keçirilib. Şəxsi heyətə Azərbaycanın bu günə kimi keçdiyi inkişaf yolu, müstəqilliyimizin möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi xidmətlər, bu dahi şəxsiyyətin rəhbərliyi altında dövlətimizin imza atdığı tarixi nailiyyətlər barədə ətraflı məlumat verilib. Tədbir H.Sarabski adına Mədəniyyət Mərkəzinin incəsənət ustalarının bayram konserti ilə davam edib.

sia.az

Digər xəbərlər