Siyasət

  • 3 438

Azərbaycan və Latviya arasında hüquqi əməkdaşlıq genişlənir

image

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi hüquqi islahatlar çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir, 30-dan artıq xarici ölkələrin, o cümlədən Avropa İttifaqı dövlətlərinin Ədliyyə nazirlikləri ilə ikitərəfli sazişlər imzalanaraq səmərəli əməkdaşlıq edilir, nümayəndə heyətlərinin mübadiləsi aparılır, qarşılıqlı müsbət təcrübələr öyrənilir.Cari il Latviya Ədliyyə Nazirliyinin yüksək səviyyəli nümayəndə heyətinin ölkəmizə, ötən ay isə Azərbaycanın ədliyyə nazirinin nümayəndə heyəti ilə Latviyaya səfəri və iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması hüquqi sahədə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük təkan verib və artıq həmin sənəd ölkə Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə təsdiq olunub.SİA-nın verdiyi məlumata görə, Latviyanın ədliyyə naziri Dzintars Rasnaçs ölkəmizdə aparılan ədliyyə və məhkəmə islahatları ilə tanış olmaq barədə niyyətini bildirərək Memorandumun implementasiyası çərçivəsində bu məqsədlə oktyabrın 18-də nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlib.18 oktyabr - Müstəqillik gününə təsadüf edən səfər zamanı latviyalı nazir əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq, məzarı üzərinə tər çiçəklər düzülüb. Qonaq həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək Əbədi məşəl abidəsi önünə əklil qoyub.Sonra Ədliyyə Nazirliyində respublikamızın ədliyyə naziri Fikrət Məmmədovun və Latviyanın ədliyyə naziri Dzintars Rasnaçsın görüşü keçirilib.Görüşdə Azərbaycan-Latviya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından danışılaraq dövlət başçılarının qarşılıqlı səfərlərinin bu əlaqələrin möhkəmlənməsində xüsusi rolu vurğulanıb, hüquqi sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib.Nazir F.Məmmədov respublikamızın müstəqillik illərində keçdiyi inkişaf yolundan bəhs edərək ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazanılan nailiyyətlər, habelə son illər ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən tədbirlər barədə məlumat verib.Ölkəmiz üçün əlamətdar tarixi gündə Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edən latviyalı nazir Müstəqillik günü münasibətilə təbriklərini çatdırıb, ötən dövrdə iki dövlət arasında qurulmuş münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini söyləyib. Nazir D.Rasnaçs respublikamızın hərtərəfli tərəqqisinin şahidi olduğunu vurğulayıb, səmimi qonaqpərvərliyə və səfərin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib. Qonaq, həmçinin öz ölkəsinin məhkəmə-hüquq sistemi barədə məlumat verərək Azərbaycanda bu sahədə aparılan islahatları maraqla qarşılayıb, hüquqi sahədə əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.Görüşdə hər iki ölkənin ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin ötən ay imzalanmış Memorandum çərçivəsində inkişaf perspektivləri müzakirə olunub, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.Sonra qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub, nümayəndə heyətinə müasir ədliyyə fəaliyyətini, həmçinin iki ölkə arasında hüquqi əlaqələri, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən xüsusi jurnallar və əyani vəsaitlər təqdim edilib.

Həmin gün latviyalı nazirin Ali Məhkəmədə görüşü olub, qonaqlar Bakının müasir rəmzlərindən sayılan möhtəşəm Heydər Əliyev Mərkəzi ilə tanış olublar.Səfər çərçivəsində Latviya nümayəndə heyətinin, həmçinin bölgələrdə yerli və regional ədliyyə qurumlarının fəaliyyəti, müasir məhkəmə infrastrukturu və informasiya texnologiyalarının tətbiqi, eləcə də Azərbaycan brendi olan və ədliyyənin də geniş xidmətlər göstərdiyi "ASAN xidmət" mərkəzinin vətəndaş məmnunluğunu təmin edən fəaliyyəti ilə tanışlığı nəzərdə tutulur.

sia.az

Digər xəbərlər