Siyasət

  • 4 864

"Rusiya vasitəçi olaraq Ermənistana silah verməli deyil"

image

"Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistanın həddən artıq silahlanmasına yol verməməli və neytrallığını saxlamalıdır". Bunu SİA-ya açıqlamasında deputat Bəxtiyar Əliyev deyib.Onun sözlərinə görə, bu məsələyə iki nöqteyi-nəzərdən yanaşmaq lazımdır: “Rusiya istənilən ölkəyə silah sata və istənilən ölkədən silah ala bilər. Ancaq söhbət ondan gedir ki, Azərbaycan öz vəsaiti hesabına Rusiyadan və ya digər ölkədən silah alır. Rusiya Azərbaycana əvəzsiz olaraq və yaxud da ki, Rusiyanın hesabına silah vermir. Rusiya Minsk qrupunun həmsədri kimi Ermənistana əvəzsiz və yaxud da kredit hesabına silah verməli deyil. Bu, əlbəttə onun neytral olmasına şübhə doğurur və Azərbaycan ictimayyətində ciddi narazılıq yaranır".B.Əliyev qeyd edib ki, Azərbaycanı narahat edən odur ki, Rusiya öz hesabına işğalçı dövləti müasir silahlarla silahlandırır: “Bu da işğalçını işğalı davam etdirməyə, sülh danışıqlarını pozmağa həvəsləndirir. Bu baxımdan hesab edirik ki, Rusiya bu addımlardan çəkinməlidir”.

sia.az

Digər xəbərlər