Siyasət

  • 6 037

Musa Qasımlı Prezidentin Türkiyə səfərindən danışdı AÇIQLAMA

image

"Prezident İlham Əliyevin Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistandan ibarət hələ 1997-ci ildə əsası qoyulmuş D-8-lərin İstanbulda keçirilən Zirvə görüşünə xüsusi qonaq olaraq dəvət ediməsinin bir neçə mənası var. İlk növbədə, bu dəvət dövlətimizin dünya və region siyasətində artan rolunun göstəricilərindən biridir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.Onun sözlərinə görə, Avropa, Asiya və Afrika qitələrində yerləşən və təşkilata daxil olan bu dövlətlərin hamısı ilə Azərbaycanın yaxşı münasibətləri var, ikisi ilə qonşudur: “İkincisi, bu dəvət Azərbaycan dövlətinin və xalqının böyük potensialı, gələcək inkişafına olan nikbinliklə bağlıdır. Üçüncüsü, bu dəvət cənab Prezidentimiz İlham Əliyevin şəxsi nüfuzu və Azərbaycanın digər ölkələrlə əməkdaşlıq etmək istəyi ilə əlaqədardır”.Qeyd edək ki, oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula gəlib.

sia.az

Digər xəbərlər