Siyasət

  • 5 196

Millət vəkili: “Biz öz sözümüzü istənilən auditoriyada deməliyik” AÇIQLAMA

image

“ABŞ-ın Helsinki Komissiyasında oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda keçirilən dinləmələrdə qarşıya qoyulan məqsəd bir idi, o da Ermənistanı zərərçəkən tərəf kimi göstərmək və rəsmi İrəvana hazırki administrasiya tərəfindən yardım ayrılmasına nail olmaq idi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, ABŞ-dakı erməni diasporu Donald Trampın prezident seçilməsindən sonra onun ətrafında özlərinin nümayəndəsinin olmamasından ciddi narahatçılıq keçirirlər: “Trampla işləmədiklərini özlərinin ən böyük səhvi adlandırırlar. İndi isə onlar məsələyə tamam başqa bir yöndən yanaşmağa çalışırlar. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Amerikanın da rolunu nəzərə alaraq Ermənistana yardım artdırmaq, bu ölkə haqqında Trampda müsbət fikir yaratmaqdır. Amma hesab edirəm ki, bütün cəhdlərə baxmayaraq onların istəkləri demək olar ki, alınmadı. Çıxış edənlərin bir qismi əvvəldən Ermənistan mövqeli olsalar da bir qismi problemin olduğunu, BMT Təhlükəsizlik Şurasının qərarlarının olduğunu, problemin artıq uzandığını qeyd edirlər. Hesab edirəm ki, indiki administrasiya problemin ağırlığını onlarsız da kifayət qədər dərk edir. Azərbaycanın səfirlik nümayəndələrinin ABŞ-ın Helsinki Komissiyasında iştirak etməsini və orada mövqe bildirməsini müsbət hal hesab edirəm. Biz öz sözümüzü istənilən auditoriyada deməliyik”.

sia.az

Digər xəbərlər