Siyasət

  • 5 184

Mübariz Əhmədoğlu: “Rusiyadan qaçan Ermənistanın ABŞ-a sığınması faydasızdır” AÇIQLAMA

image

“Ermənistanın davranışında ABŞ-a meyllənmə açıq-aşkar hiss olunur. Ermənistan ilk olaraq bunu Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın tutduğu mövqenin daha çox antierməni olması ilə əlaqələndirir. Rusiyanın mövqeyini özünün əleyhinə, ABŞ-ın mövqeyini isə özünün lehinə hesab edir. Əslində həm ABŞ-ın, həm də Rusiyanın ortalığa qoyduğu variantlar Yenilənmiş Madrid Prinsipinin tərkib hissələridir. Hər iki dövlət öz marağına uyğun dəyişiklik edib”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, ABŞ-ın variantında Dağlıq Qarabağ tənzimlənməsi statusun müəyyən olunmasından, Rusiyanın variantında isə ərazilərin qaytarılmasından başlanır: “Ona görə ABŞ-ın variantı Ermənistan üçün cəlbedici görünür. Bu planın cəlbediciliyi həm də orasındadır ki, Ermənistanın hesablamalarına görə statusun müəyyənləşdirmə prinsipləri uzun müddət vaxt aparacaq. Bəlkə də mümkün olmayacaq. ABŞ-ın variantı Ermənistana danışıqlar prosesini uzatmağa çoxlu imkan yaradır. Amma həm Ermənistanın, həm də ABŞ-ın da mövqeyinə görə tənzimlənmə vahid olmalıdır və kompleks şəkildə qəbul edilməlidir. Bu mənada ABŞ dövlət hatibi R.Tillersonun qoşunların təmas xəttində monitorinq qurğularının yerləşdirilməsi və yaxud hansısa bir cihazların yerləşdirilməsinə dəstəklə bağlı fikirlərinə Ermənistanın inanması mənasızdır. Çünki Tillersonun bu fikri kontekstdən çıxarılmadır. Tillerson ABŞ konqresmeninin analoji sualına cavab verərkən bu fikirləri bildirib. Təbii ki, Tillersonun fikrincə, bu məsələlərin hamısı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kontekstində baş verməlidir.ABŞ-ın mövqeyinin necəliyini ABŞ konqresmenlərinin Ermənistandakı davranışı sübut edir; ABŞ konqresmenlərinin hamısı Dağlıq Qarabağa səfər etməyib, bəziləri səfərdən imtina ediblər. Görünür bu ABŞ Dövlət Departamentinin və ya ABŞ-ın Ermənistandakı səfirliyinin təsirinin nəticəsidir. Eləcə də ABŞ konqresmenlərindən olan Anna Eşonun Dağlıq Qarabağ tənzimlənməsinə çox məşhur yanaşmasını açıqladı: “...Ermənistanın gələcəyi Dağlıq Qarabağ tənzimlənməsindən asılıdır. Çünki Ermənistan bu gün blokadadadır. Bu istənilən ölkəyə zərərdir. Belə hesab edirəm keçmişdə baş vermiş hadisələrin, o cümlədən “soyqırımın” tanınması qədər gələcəyə baxmaq, onu başa düşmək və ölkəni də gücləndirmək vacibdir. Ölkə və insanlar üçün maksimum çalışmaq lazımdır. Nə qədər çətin olsa da tərəflər sülh əldə etmək üçün danışıqlar aparmalıdır. Qarabağ məsələsi həll olunmayanadək Ermənistan sərbəst hərəkət edə bilməz.Ermənistan mümkün qədər tez həqiqəti anlamalı və Dağlıq Qarabağ tənzimlənməsində real mövqeyə yaxınlaşmalıdır”.

sia.az

Digər xəbərlər