Siyasət

  • 4 923

Elşən Musayev: Avropada bəzi dairələrin fərdi marağı qlobal maraqlardan daha üstündür

image

«Ölkəmizə qarşı aparılan qərəzli kampaniyalarda ən böyük amil Azərbaycan iqtidarının yürütdüyü uğurlu, müstəqil siyasət və Azərbaycan Prezidentinin bütün məsələlərdə, aspektlərdə sərgilədiyi qətiyyətli mövqedir. O siyasət, o mövqe ki, heç bir kənar şərtləri, müdaxiləni, hansısa ölkənin diktəsini özündə ehtiva eləmir». Bu fikri Milli Məclisin deputatı Elşən Musayev deyib.
E.Musayev bildirib ki, qarşıdan Prezident seçkiləri gəlir. Təbii, anti-Azərbaycan qüvvələri, müəyyən şəbəkələr bir şəkildə ürək bulandrmağa çalışacaqlar. Çünki Azərbaycanı sevməyən məlum qüvvələrin ölkə daxilində də məlum şəbəkəsi var.
«Biz onlara “5-ci kolon” deyirik. Həmin buqələmunlar, xalq düşmənləri müxtəlif formatlarda danoslar, anonimlər, yalan informasiyalar hazırlayaraq xaricə ötürür, mövcud hakimiyyəti gözdən salmağa çalışırlar. Amma çifayda. İllərdir effect vermir. Verməyəcək də. Çünki haqsızdırlar, ədalətsizdirlər, mübarizəni kişi kimi aparmırlar. Təsəvvür edin, erməni lobbisi və bu ələkçilərə qıl verənlər ən mötəbər qurumlara qədər sızıblar. Avropa Şurası nəhənglikdə qurum bir cinayətkara görə öz nüfuzunu necə zərbə altında qoyub və Azərbaycan hakimiyyəti ilə tələb formasında danışır, əleyhimizə qətnamələr qəbul etdirir. Halbuki, həmin cinayətkar bu ölkədə ən sanbalsız siyasətçinin belə qarşısına çıxacaq biri deyil.
Sadəcə Azərbaycan hüquqi dövlətdir. Cinayəti törədən üçünsə cəza nəzərdə tutulub. Hamının üzərinə siyasi damğa vurmaq olmaz. Avropanın təklif elədiyi odur ki, hüquqi nihilizm tətbiq edin. Yəni sizdə hüquq işləməsin. Bizsə deyirik, gedin işinizlə məşğul olun, bizim daxili işlərimizə qarışmayın. Avropanın və oradakı bəzi şəxslərin fərdi marağı qlobal maraqlardan daha üstündür»- deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər