Siyasət

  • 5 041

“Ermənistan işğalçılıq siyasətindən əl çəkmir” MÜNASİBƏT

image

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətdə heç bir dəyişiklik yoxdur”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.Ermənistanın mövqeyində heç bir dəyişikliyin olmadığını deyən deputat düşmən ölkə havadarlarının da problemin həlli istiqamətindəki mövqeyində heç bir dəyişikliyin olmadığını təəssüflə bildirib: “Bu baxımdan hazırda biz problemin həlli ilə bağlı nikbin heç nə deyə bilmərik. Uzunmüddətli fasilədən sonra keçirilən görüş də sülh danışıqları üçün imitasiya xarakteri daşıyırdı”.F. Mustafa əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə ölkəmizin prinsipal mövqeyindən əl çəkməyəcəyini və düşmən ölkəyə heç bir güzəşt edilməyəcəyini bəyan edib: "Görünür Ermənistan da atdıqları addımları ilə işğlaçılıq siyasətlərindən əl çəkməyəcəklərini açıq şəkildə bildirlər. Çünki, himayədarları buna icazə vermir. Belə olan halda, növbəti görüşlərdə də hər hansı bir yeniliyin olacağını gözləmək mümkün deyil”.

sia.az.

Digər xəbərlər