Siyasət

  • 4 896

"Azərbaycanın qadınların zorakılıq hallarından müdafiədə qətiyyətli olması təqdirəlayiqdir”

image

“Azərbaycan hökumətinin ölkədə hər bir qadının zorakılığın bütün formalarından tam müdafiə olunmasının təmin edilməsində qətiyyətli olması təqdirəlayiqdir”. SİA-nın xəbərinə görə, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi, UNFPA nümayəndəsi Qulam İshaqzai “ Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövsuzunda keçirilən konfransda çıxış edərkən deyib.Q. İshaqzai bildirib ki, Azərbaycanda məişət zorakılığı probleminin həlli üçün mühüm strateji müdaxilələr edilib: “2010-cu ildə məişət zorakılığının qarşısının alınması haqqında qanunun qəbul edilməsindən sonra məişət zorakılığı halları daxili ailə məsələsi kimi deyil, dövlətin təcili müdaxiləsini zəruri edən hadisə kimi səciyyələndirilir. Bununla belə zorakılıqdan zərər çəkənlərin müdafiə və ədliyyə xidmətlərinin bütün mərhələlərində səmərəli yardım almasını təmin etmək üçün müvafiq hüquqi islahatların effektiv qabaqlayıcı və istiqamətləndirmə mexanizmləri ilə müşayiət olunması eyni dərəcədə vacibdir”.“Bu prosesin gücəndirilməsi üçün biz gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirlərinin görülməsi üzrə hökumətə yüksək səviyyəli texniki yardım göstərmişik. Milli Fəaliyyət Planı və qurumlar arası koordinasiya mexanizminin yaradılması üzrə təkliflər paketi çoxtərəfli əməkdaşlığın və müvafiq qurumların koordinasiyasını gücləndirmək məqsədi ilə hazırlanıb”- deyə, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi əlavə edib.

yap.org.az

Digər xəbərlər