Siyasət

  • 3 702

Mübariz Əhmədoğlu: “Sərkisyanın imzası heç bir təsir gücünə malik deyil” AÇIQLAMA

image

“Ermənistan prezidenti Serj Sərkisyan Aİ ilə Ermənistan arasında paraflanmış sazişə qarşı təxribat fəaliyyəti ilə məşğuldur”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, Sərkisyanın və onun komandasının uzun müddətli danışıq zamanı AES-in fəaliyyətinin dayandırılmasından məlumatlı olması fonunda RF-dən AES-in bərpası üçün 300 milyon dollar kredit cəlb etməsi onun ikiüzlü mahiyyətinin bariz nümunələrindəndir: “S.Sərkisyan hətta dünyanın iri gücləri arasında riyakarlıq etməkdən çəkinmir.Aİ-nin açıqladığı mətndə Ermənistan hökumətinin AES-in fəaliyyətini dayandırmaq barədə öhdəlik götürməsi haqqında ifadə açıq-aşkar öz əksini tapıb. S.Sərkisyanın razılığı olmadan heç bir nazir bu öhdəliyi götürə bilməzdi. Bu dövr ərzində S.Sərkisyan bir neçə dəfə Aİ ilə sazişin imzalanacağını təsdiq edib. Yüksəkçinli Aİ rəsmiləri ilə saatlarla görüşlər keçirib. Müqavilənin mətni açıqlanan kimi S.Sərkisyan AES-lə bağlı iclas keçirtdi. Prezident yanında Atom enerjisi üzrə komissiyanın sədri, AEBA-nın şura üzvü A.Birkxoferi Miroslav Liparla əvəzlədi. AES-i Ermənistanın enerji təhlükəsizliyində strateji obyekt adlandırdı. Hər halda avropalılara bir daha aydın olmalıdır ki, S.Sərkisyanın imzası heç bir təsir gücünə malik deyil.Serj Sərkisyan Cənubi Qafqaz regionu siyasətçiləri arasında Aİ rəsmilərini ən yaxşı tanıyanlardan biridir. Ermənistan ekspertlərinin hansı faizlə Aİ –dən qrant aldığı barədə detallı məlumatı var.Aİ-nin bəzi rəsmiləri, xüsusilə Ermənistan üzrə məmurları korrupsiya ilə məşğul olmasaydı Serj Sərkisyan Aİ –ni bu qədər alçaltmazdı”.

sia.az

Digər xəbərlər