Siyasət

  • 3 666

Rauf Zeyni: “BTQ regionun gələcək təhlükəsizliyini təmin edən layihə olacaq”

image

“İlk öncə qeyd edim ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı çox möhtəşəm bir tarixi hadisə idi. Yəni Azərbaycan müstəqillik əldə etdikdən bu günə kimi bir çox layihələri reallaşdırıb”. Bunu SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.Onun sözlərinə görə, BTQ İpək dəmir yolu da adlandırılır: “Təbii ki, bu da müstəqillik tariximizdə, o cümlədən türk dünyasının tarixində çox önəmli bir hadisədir. BTQ Şərqlə-Qərbi birləşdirən bir layihə olaraq bu gün ölkəmiz üçün böyük əhəmiyyəti var. Minlərlə, milyonlarla ton yük daşımalarını nəzərə alsaq, layihə tam işə düşəndən sonra büdcəmizə xeyli gəlir gələcək. Bütün bunlarla bərabər layihənin beynəlxalq, dünyəvi əhəmiyyəti də var.Azərbaycanın çox ciddi bir partnyor kimi dünya miqyasında qəbul olunması, ölkəmizin müstəqil dövlət olaraq xarici siyasət yürütməsi birdaha onu göstərir ki, Azərbaycan müstəqil siyasətini davam etdirir. Heç kim bu müstəqillik yolundan Azərbaycanı döndərə bilməyəcək. Bu gün iki böyük qitəni birləşdirən BTQ layihəsinin həyata keçirilməsi regionda lider ölkə olan Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, BTQ Azərbaycanın, regionun gələcək təhlükəsizliyini təmin edən layihə olacaq”.

sia.az

Digər xəbərlər