Siyasət

  • 3 911

Sədaqət Vəliyeva: "Biz azərbaycanlılar xoşbəxtik ki, bizim də bayrağımız, güclü dövlətçiliyimiz var" AÇIQLAMA

image

“Hər bir dövlətin müstəqilliyi və suverenliyini onun dövlət rəmzləri müəyyən edir. Həmin rəmzlərdən biri də bayraqdır”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.Sədaqət Vəliyeva bildirib ki, müasir dövrdə bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılırsa, bu, xalq üçün onun mənliyini, kimliyini ifadə edən xüsusi atributdur: “Biz azərbaycanlılar xoşbəxtik ki, bizim də bayrağımız, güclü dövlətçiliyimiz var”.
Sədaqət Vəliyeva vurğulayıb ki, 1918-ci ildə Azərbaycanın üçrəngli bayrağı qəbul edilsə də, xarici siyasi-hərbi müdaxilələr həmin bayrağın cəmi 23 ay dalğalanmasına səbəb oldu. 1991-ci ilə qədərki dövrdə isə Azərbaycan üçün 6 cür bayraq təyin edilmişdi: “Amma 1990-cı il noyabr ayının 17-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə rəsmi olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olundu. 1991-ci ildə isə xalqın tələbi ilə Ali Sovet “Dövlət bayrağı haqqında” Qanun qəbul etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının dövlət bayrağı statusunu verdi. 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan edən Azərbaycan Respublikası özünü Azərbaycan Demokratik Cümhuriyyətinin varisi elan edərək, onun dövlət rəzmlərini, eləcə də, bayrağını qəbul etdi. Hər bir azərbaycanlı milli həmrəyliyin işarəsi olaraq, bu bayraq ətrafında sıx birləşdi”.
“Lakin o da bəllidir ki, 1992-ci ildə hakimiyyəti zorla qəsb etmiş AXC-Müsavat hakimiyyəti bədnam əməlləri ilə bayrağımızı yüksəldiyi zirvədən endirəcəkdilər. Ancaq 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı buna imkan vermədi” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, ötən müddət ərzində Azərbaycan bayrağı dövlətçiliyimizin simvolu kimi müasir beynəlxalq münasibətlər sisteminin üst qurumlarında özünün layiqli yerini tutdu.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, bu gün hər kəs bayrağı milli qeyrəti və mənliyi kimi qəbul edir. Elə bu səbəbdən də, Prezident İlham Əliyevin Sərəncamı ilə inşa edilmiş bayraq meydanı alqışlanmalıdır. Çünki, hündürlüyü 162 metr olan sütun üzərində üçrəngli bayrağımızın dalğalanmasını bütün dünya seyr etdi. Bununla da, dünya Azərbaycan xalqının üçrəngli bayrağına olan sevgisini, hörmətini gördü: “Bu gün bayrağımız Azərbaycanın qüdrətini nümayiş etdirən yüksəklikdə dalğalanır. Azərbaycan bayrağının dünyanın ən hündür dirəyinin üzərində dalğalandırılması isə Azərbaycan xalqının bayrağının onun üçün nə qədər qiymətli olduğunu bir daha təsdiq etdi, bir daha bayrağın milli-etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının qüruru, mənliyi, şərəfi olduğu sübut olundu, Bakıda üçrəngli Azərbaycan bayrağının ən hündür yerdə dalğalandırılması ilə ölkəmizin sahibi azərbaycanlıların olduğu bir daha dünyaya nümayiş etdirildi, dünya bir daha gördü ki, bundan sonra heç bir qüvvə həmin bayrağa toxuna, ləkə yaxa və endirə bilməyəcək”

sia.az

Digər xəbərlər