Siyasət

  • 3 589

Fransalı deputat: "Bakı mədəniyyətlə idmanın birləşdiyi yeganə şəhərdir"

image

Parisdə “Opinion internationale” jurnalının təşkil etdiyi debatda Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan çıxış edərək, Azərbaycana səfərindən danışıb.AZƏRTAC-xəbər verir ki, Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri iştirakçılara ölkəmizlə bağlı təəssüratlarını bölüşüb. Bildirib ki, o, ilk dəfə Bakıya deputat olmazdan əvvəl, beynəlxalq hakim qismində Avropa Oyunları zamanı gəlib. O, həmin dövrdə ölkəmizə gələn hər bir kəsin Bakının qeyri-adi, mədəniyyətlə idmanın birləşdiyi yeganə şəhər olduğunu vurğuladıqlarını deyib.Deputat seçiləndən sonra Milli Assambleyada ölkəmizlə dostluq qrupunun rəhbəri olmaq şansını dərhal qəbul etdiyini və Azərbaycana yenidən qayıtmaq imkanını yüksək qiymətləndirib. Səfər çərçivəsində ölkə rəhbərliyi ilə görüşdüyünü, iki ölkə gündəliyində olan prioritet məsələlər müzakirə olunduğunu bildirib.Pyer Alen Rafan səfərin Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaratdığını, Bakıda fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetinə baş çəkdiyini diqqətə çatdırıb. O, Azərbaycanın müsəlman Şərqində ilk demokratik, dünyəvi respublika olduğunu vurğulayıb. İki ölkə arasında tarixi yaxınlıqdan söz açan P.A.Rafan İkinci Dünya müharibəsi zamanı azərbaycanlı əsgərlərin fransızlarla çiyin-çiyinə faşizmə qarşı mübarizə aparmasından, general Şarl dö Qolun Bakıya səfərindən söz açıb.Qeyd edib ki, Azərbaycanın imicinə xələl gətirilməsinə imkan verilməməlidir. İki ölkə arasında çoxsaylı birgə fəaliyyətlərdən danışan fransalı deputat müsəlman ölkəsi olan Azərbaycanın beynəlxalq terrorizmə və dini radikalizmə qarşı mübarizəyə qoşulduğunu vurğulayıb.Bakıda müxtəlif dinlərin rəhbərləri ilə görüşdüyünü, onların dinlə bağlı birgə layihələr həyata keçirdiyini söyləyib.Qeyd edək ki, “Opinion İnternationale” jurnalı tərəfindən aylıq təşkil olunan debatlarda Fransa senatorları, deputatları, ölkədə akkreditasiya olmuş səfir və səfirlik nümayəndələri, eləcə də yerli mətbuat nümayəndələri iştirak edir.

sia.az

Digər xəbərlər