Siyasət

  • 3 444

Britaniya parlamentində “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı üçcildlik haqqında danışılıb

image

Böyük Britaniya Parlamentində payız tətilindən əvvəl keçirilən ənənəvi parlament müzakirələrində Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Bob Bləkman tanınmış yazıçı-publisist, Azərbaycan Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı Elmira Axundovanın ingilis dillində “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı üçcildlik tədqiqatın ingilis dilində nəşrinin əhəmiyyəti və kitabın Böyük Britaniya parlamentində beynəlxalq təqdimatının təşkili barədə məlumat verib.Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) millət vəkili həmkarlarını bu kitab vasitəsilə 20-ci əsrin görkəmli dövləti xadimi, Azərbaycan xalqının Ümummilli Lideri və Britaniyanın yaxın dostu olmuş Heydər Əliyevin tərcümeyi-halı və ictimai-siyasi fəaliyyəti ilə yaxından tanış olmağı tövsiyə edib. Üçcildlikdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb. Bob Bləkmanın sözlərinə görə, bu kitab oxucunun diqqətini Ermənistanın işğalı nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarından didərgin düşmüş insanların acı həyatına çəkir.Qeyd edək ki, ingilis dillində “TEAS Press” Nəşriyyatında işıq üzü görən “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı üçcildlik roman-tədqiqatın beynəlxalq təqdimatı cari ilin oktyabrın 31-də Böyük Britaniya Parlamentində keçirilib. Təqdimatda Böyük Britaniya Parlamentinin hər iki palatasının üzvləri, ictimai-siyasi xadimlər, diplomatik korpusunun nümayəndələri, tədqiqatçılar və Azərbaycan diasporunun fəalları iştirak edib.

sia.az

Digər xəbərlər