"Xalqa, dövlətə xidmətdən yüksək heç nə ola bilməz" AÇIQLAMA

"Yeni Azərbaycan Partiyası milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən vahid və aparıcı siyasi qüvvədir". Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.Yeni Azərbaycan Partiyasının ölkəmizin ən güclü, mütəşəkkil siyasi təşkilatı olduğunu deyən YAP Siyasi Şurasının üzvü söyləyib ki, xalqa xidmət partiyanın başlıca amalıdır: "Məhz bu səbəbdən də YAP daim uğurlar qazanır. Çünki xalqa, dövlətə xidmətdən yüksək heç nə ola bilməz"."Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla irəliləyir, inkişafını davam etdirir. Ulu Öndərin bu siyasi xəttini əzmlə irəli aparan isə Prezident İlham Əliyevdir. Partiyanın fəaliyyəti dövründə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da artıb, ölkəmizin beynəlxalq aləmdə mövqeyi möhkəmlənib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib"- deyə, M. İbrahimqızı qeyd edib.M. İbrahimqızı söyləyib ki, partiyanın fəaliyyəti dövründə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da artıb, ölkəmizin beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənib.Deputat qeyd əlavə edib ki, Yeni Azərbaycan Partiyası xalqımızı öz ətrafına toplayaraq ümumxalq partiyasına çevrilib.

sia.az