Siyasət

  • 3 448

Azərbaycan Gənc parlamentarilərin IV qlobal konfransında təmsil olunacaq

image

Milli Məclisin deputatı Şahin İsmayılov Gənc parlamentarilərin IV qlobal konfransında iştirak etmək üçün bu gün Kanadanın paytaxtı Ottavaya səfər edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Parlamentlərarası İttifaq çərçivəsində keçiriləcək tədbirdə XXI əsrdə miqrasiya, ticarət, ətraf mühit, həyat səviyyəsinin yaxşılaşdırılması məsələlərində gənclərin rolu, onların siyasi fəaliyyətə cəlb edilməsi, gənclərin ehtiyaclarına uyğun olaraq dövlət siyasətinin müəyyənləşdirilməsi və struktur islahatlarının aparılması, nəsillərarası münasibətlərin qorunması mövzularında müzakirələr aparılacaq.

Millət vəkili müzakirəyə təqdim olunan məsələlərə dair öz fikirlərini açıqlayacaq, ölkəmizdə bu istiqamətlərdə görülən işlər, əldə olunan nailiyyətlər barədə toplantı iştirakçılarına məlumat verəcək.
Səfər noyabrın 20-da başa çatacaq.

sia.az

Digər xəbərlər