Siyasət

  • 4 109

"Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur”

image

“İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə Azərbaycan Universitetində "Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda mühazirə söyləyib. SİA-nın xəbərinə görə, mühazirədən öncə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru , professor Yusif Qasımov tələbələri salamlayaraq “İki sahil” qəzetinin baş redaktoru ilə görüşün mühüm əlamətdar günlər ərəfəsinə düşdüyünü dilə gətirib.2018-ci idə Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinin qeyd olunacağını dilə gətirən prorektor söyləyib ki, ölkəmiz bu illər ərzində keşməkeşli yollardan keçərək indiki inkişaf səviyyəsinə gəlib çatıb.Daha sonra çıxış edən V.Rəhimzadə Azərbaycan dövlətinin inkişaf tarixindən söz açaraq bildirib ki, ikinci dəfə müstəqillik qazanan ölkəmiz 26 il müddətində ortaya 100 il müstəqillik tarixinə malik olan ölkələrdən daha yüksək təcrübə qoya bilib. 1990-ci illərin əvvəllərində Azərbaycanda baş verən hadisələr haqqında danışan baş redaktor söyləyib ki, ölkəmiz 90-ci ilin əvvəllərində xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı: “O zaman insanlar çörəklə sınağa çəkilirdi. Məhz həmin dövrdə siyasi, silahlı qruplaşmaların fəaliyyəti nəticəsində torpaqlarımız işğal olundu. Bunlar Azərbaycanın yaxın uzaq tarixini əks etdirir. Yalnız xalqın təkidi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan bəlalardan qurtula bildi. İqtisadi inkişafın prinsipləri yarandı, neft müqavilələri bağlandı, vahid ordu quruculuğu, ictimai sabitlik yarandı. Əgər o zaman ictimai sabitlik təmin olunmasaydı bu gün siyasi sabitlikdən danışa bilməzdik”.V. Rəhimzadə vurğulayıb ki, Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra neft müqavilələrinin imzalanması Azərbaycanın bu gün güclü iqtisadiyyatının təməli idi: “Bizim əsas məqsədimiz ölkəmizin iqtisadi siyasi gücünü daha da artırmaqdır. Ölkəmizin mütərəqqi Konstitusiyası, zəngin qanunvericilik bazamız var. Azərbaycan bu gün dünyanın müasir dövlətinə çevrilib. Bir sözlə ifadə etsək deyə bilərik ki, bu gün Azərbaycan uğurla inkişaf edir və bu uğurun arxasında Ulu Öndər dayanır. Hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında xalqımızın, ölkə vətəndaşlarının ən yüksək şəraitdə yaşaması dayanır”.Mətbuat Şurası İdarə Heyətinin üzvü çıxışında Azərbaycanda mətbuata, təhsilə və digər sahələrin inkişafı ilə bağlı atılan addımlardan söz açıb.Çıxışının sonunda YAP Siyasi Şurasının üzvü tələbələrin diqqətinə bu günlərdə partiyanın 25 yaşının qeyd edildiyini çatdırıb: “ Bugünkü görüşümüzün Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ərəfəsində baş tutması çox mühümdür. Çünki, YAP öz prinsipial mövqeyi ilə xalqa xidmət göstərir. Partiyamızın özünəməxsus dəyərləri, qiyməti var. YAP Azərbaycanın həyatına siyasi mədəniyyət gətirdi. Mən bütün partiya üzvləri yubiley münasibətilə təbrik edirəm”.Mühazirə diskusiya şəklində davam edib.

sia.az

Digər xəbərlər