Siyasət

  • 3 248

Politoloq: "Danışıqlar üçün əlverişli şərait yaranıb" AÇIQLAMA

image

“Həm bir neçə gün öncə Ermənistanın millətçi “Daşnaksütyun” partiyasının parlament fraksiyasının katibi Aqvan Vardanyanın, həm bu gün düşmən ölkə prezidenti Serj Sarkisyanın Moskvaya, həm də Rusiyanın XİN başçısı Sergey Lavrovun bu günlərdə İrəvana və Bakıya nəzərdə tutulan səfəri sırf Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələlərə həsr olunub. Bu səfərlər fərqli həll variantlarının müzakirəsi və onlar arasında kompromis axtarılmağa yönəlib”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Politoloqun fikrincə, Sarkisyanın Moskvaya səfərinin digər səbəbi onun gələcək taleyi ilə bağlıdır: “Bildiyiniz kimi Ermənistan prezidenti may ayına qədər vəzifəsini təhvil verməlidir. Belə olan halda, onun statusu qeyri-müəyyən olaraq qalır. Sarkisyanın baş nazir olmaq istəyinin baş tutacağı isə məlum deyil”.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyalı həmkarı ilə görüşünə toxunan politoloq söyləyib ki, sözügedən görüş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara stimul verib: “Prezidentlərin Soçidə baş tutan görüşü danışıqlar üçün əlverişli fon yaradıb. Lakin bu məsələdə Rusiyanın və Ermənistanın hansı mövqe tutacağı haqqında fikir söyləmək çətindir. Çünki, Ermənistan müəyyən güzəştlər haqqında danışsa da, onlar haqqında tam şəkildə açıqlama vermir. Hesab edirəm ki, yaxın vaxtlarda DQ münaqişəsinin həlli ilə bağlı danışıqların bütün təfərrüatları ilə tanış ola biləcəyik”.

sia.az

Digər xəbərlər