Siyasət

  • 4 662

Vüqar Rəhimzadə: "YAP dövlətə xidmət nümunəsini ortaya qoydu" AÇIQLAMA

image

“Yeni Azərbaycan Partiyası yaranması ilə xalqın Ulu Öndər Heydər Əliyevə olan sevgisini ortaya qoyub”. Bu fikirləri SİA-ya “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə deyib.O bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanda ictimai-siyasi sabitliyin olmadığı, anarxiyanın hökm sürdüyü bir dövrə təsadüf edib: “O dövrdə ölkəmizdə iqtisadi inkişaf deyil, iqtisadi tənəzzül günü-gündən dərinləşir, insanların sabaha olan inamı azalır, ümidi itirdi. O dövrdə YAP müxalifət partiyası kimi yarandı, Ümummilli Lider təkidlə bu partiyanın sədri seçildi. Vaxtilə Ulu Öndərin və hazırda da Prezident İlham Əliyevin sədri olduğu partiyanın üzvü olmaq qürur verici və şərəflidir”.V. Rəhimzadə söyləyib ki, yarandığı dövrdə 550 nəfərdən ibarət olan bir partiya bu gün 700 mindən artıq üzvü özündə birləşdirir: “Partiya üzvləri ölkənin siyasi-ictimai həyatında kifayət qədər aktiv, yaşadıqları ərazidə, fəaliyyət göstərdikləri nüfuz sahibidirlər”.Baş redaktor vurğulayıb ki, ümumiyyətlə partiyanın yaranması Azərbaycanda ictimai-siyasi ab-havanı, mühiti dəyişdi və xalqa, dövlətə xidmət nümunəsini ortaya qoydu: “Bu gün artıq partiyanın 25 yaşı tamam olur. Hesab edirəm ki, YAP tək Azərbaycanda, regionda deyil, bütün dünyada ən böyük siyasi qüvvələrdən birinə çevrilməkdədir”.“Bildiyiniz kimi partiyanın əksər üzvlərini gənclər təşkil edir. Gənclərin partiyaya üzv olması YAP-ın daimi, əbədi olmasının, fəaliyyətinin daha da gəncləşməsinə xidmət edir. Ümumilikdə isə YAP bütün xalqın partiyasıdır. Bu baxımdan partiyanın 25 illik yubileyi münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm”- deyə, V. Rəhimzadə əlavə edib.

sia.az

Digər xəbərlər