Siyasət

  • 3 825

Ərdoğan: Biz Vladimir Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə etdik

image

Biz Rusiya prezidenti Vladimir Putin ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdik.Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərinin nəticələrini şərh edərkən bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar noyabrın 13-ü Soçidə keçirilib.
Ərdoğanın sözlərinə görə, görüşdə Rusiyanın bu məsələyə daha çox önəm verməsinin faydalı olması qeyd edilib.
“Haberturk” Türkiyə prezidentinin görüşlə bağlı fikirlərini yayımlayıb: “O özü də (Vladimir Putin) belə düşünür, lakin mənim fikrimcə, tərəflərin tutduğu mövqe ilə əlaqədar çox ümidli deyil. Mən 5 rayonun azad edilməsi ilə bağlı qərarın olmasını xatırlatdım və onların bu rayonları tərk etməli olduqlarını vurğuladım. Ərazilərin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının da qətnamələri var. Lakin bütün bunlara baxmayaraq Ermənistan Silahlı Qüvvələri həmin rayonları tərk etmirlər. Əgər bu rayonlar işğaldan azad edilərsə, əzəli sakinlər doğma yerlərinə qayıda bilərlər”

yap.org.az

Digər xəbərlər