Siyasət

  • 3 966

Mübariz Əhmədoğlu: "Həmsədr ölkələrin mövqeyində konkretlik yarandı"

image

"ATƏT-in Daimi Şurasının iclasında həmsədr ölkələrin ATƏT-dəki səfirləri çıxış edərək son proseslərə öz münasibətlərini bildirdilər. Həmsədr ölkələrin ATƏT-dəki səfirlərinin çıxışlarının hamısında əvvəlki illərlə müqayisədə keyfiyyət dəyişikliyi var idi. Ən çox dəyişiklik isə Avropa İttifaqının mövqeyində idi. Bu özü tənzimlənmədə yeni bir yanaşmadır. Fransalı səfir çıxışını ölkəsinin deyil, məhz Avropa İttifaqının təmsilçisi statusunda təqdim etdi. Bu məruzənin mətnində də özünü göstərdi". Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.Politoloq bildirib ki, Rusiyanın ATƏT-dəki səfiri A.Lukaşeviçin “Dağlıq Qarabağ” termininə istinadını isə başa düşmək çətin deyil: "Rusiya siyasiləri içərisində ermənilərin rolunu Rusiya dövləti üçün həlledici kimi qiymətləndirənlər az deyil. Belə RF rəsmiləri üçün Rusiya dövlətini yaradan və rus xalqını pravoslav edən ermənilərdir. Bu kontekstdən A.Lukaşeviç erməni mövzusunda sonadək həqiqət daşıyıcısı hesab edilə bilməz. Həmsədrlər son səfərləri zamanı Dağlıq Qarabağda olmayıblar. Lukaşeviçin bu iqtibası onun sifariş qəbul etməsinin göstəricisi kimi qəbul edilə bilər.ATƏT MQ-nin konsensus prinsipi ilə işləməsini A.Lukaşeviçin yada salmasına da ehtiyac yox idi. Çünki ATƏT-in Yerevan ofisinin nizamnaməyə zidd fəaliyyətinin nəticəsi göstərdi ki, konsensus ermənilərin ziyanına da işləyə bilər. ATƏT-in strukturu olan MQ-nin fəaliyyətini iflic edən əsas faktor onun konsensus mexanizmi ilə işləməsidir. Məhz konsensus prinsipinə görə Ermənistan digər vasitəçilikləri rədd edir, yalnız ATƏT MQ-ni dəstəkləyir. Lakin konsensusdan sui-istifadə Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsində mövqeyini də xeyli zəiflədir.A.Lukaşeviç ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofisinin genişləndirməsinin alqoritminin razılaşdırılacağına inanır. Vurğu “alqoritm” sözünün üzərindədir. A.Kaspşikin missiyasının genişlənməsinin ən qızğın tərəfdarı Ermənistandır. Kaspşikin təmsilçilərinin sayının artırılmasını istəyirsə Ermənistan dinc tənzimləməyə adekvat stimul verməlidir. Başqa sözlə, təmas xətti keçmiş DQMV-nin inzibati sərhədlərinə yaxınlaşdıqca Kaspşikin təmsilçilərinin sayı maksimuma çatacaqdır. Alqoritm budur.ABŞ-ın ATƏT-dəki səfiri Harri Kamianın çıxışı isə daha məzmunludur. Kamian Vyana və Sankt-Peterburq razılaşmalarına əməl etməyə çağırış etdi. Həm də səfir Kamian status-kvonun qəbuledilməz olduğunu bildirdi. ABŞ bu iki tezis arasında balans yarada bilib; Status-kvonun qəbuledilməzliyi Vyana və Sankt-Peterburq razılaşmaları üçün yeni təmas xəttini diktə edir.Səfir Kamian “ermənilər və azərbaycanlılar arasında genişləndirilmiş dialoq” anlayışını ortalığa qoydu. Ermənilər və azərbaycanlılar arasında genişlənmiş dialoq dedikdə həm də bu dialoqda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının iştirakı da nəzərdə tutulur.Kaspşikin roluna yüksək dəyər verən Q.Kamianın çıxışından başa düşülür ki, Kaspşikin ofisinin genişlənməsi ATƏT-in 2018-ci il büdcəsində vəsaitin ayırmasından asılıdır. ATƏT-in büdcəsi isə konsensusla qəbul edilir. Tutaq ki, sxem Azərbaycanın istədiyi kimi olmasa, Azərbaycan konsensus verməyə bilər. Sen-Martenin sülhməramlı missiyada iştirakına Azərbaycan konsensus verməməlidir. Sülhməramlı missiyada Sen-Martenin iştirakı ermənilərdə əsassız ümid yaratmaqla ermənilərin dinc tənzimləməyə maneəsini artıracaqdır.Aİ-ni təmsil edən fransalı səfirin fikrincə, Minsk Qrupu regionun gələcəyi üçün Dağlıq Qarabağ münaqişəsinin siyasi, ədalətli və davamlı həllini axtarır, Aİ bu işində ATƏT MQ-yə tam dəstək verir.

Etimad tədbiri kimi Aİ EPNK çərçivəsində qarşılıqlı tamamlama prinsipi əsasında Minsk Qrupu ilə birgə fəaliyyətini genişləndirəcəyini bildirdi.Aİ-ni təmsil edən fransalı səfir etimad tədbiri kimi həm də prezidentlərin 2014-cü ildə Parisdəki görüşünü yada salır: Təkcə Vyana və Sankt-Peterburq razılaşmaları deyil, həm də Paris görüşündəki razılaşmalar da reallaşdırılmalıdır. O, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsini inam yaratma üçün vacib addım adlandırdı.Aİ-nin məruzəsində yüksək səviyyəli hərbi planlaşdırma qrupunun rəhbərliyi ilə sülhyaratma missiyasının hazırlandığı göstərilir. Bu əməliyyata polkovnik Lampaltser başçılıq edəcəkdir. Lampaltserin sülhməramlıları Kaspşikin müşahidəçiləri ilə birlikdə fəaliyyət göstərəcəkdir".M.Əhmədoğlu qeyd edib ki, sülhməramlılar göndərəcək ölkələrin siyahısı da hazırdır: "Makedoniya - keçmiş Yuqoslaviya Respublikası, Çernoqoriya, Serbiya, Albaniya, Bosniya-Hersoqovina və Sen-Marten. Bosniya-Hersoqovinanı çıxmaq şərti ilə qalan dövlətlərdə sülhməramlılar bəlkə də təlimlərə başlayıblar.Bunu ATƏT-in tənzimlənməyə qlobal yanaşması adlandırırlar. Amma bunun reallaşması üçün Azərbaycan və Ermənistan tərəfi razılığa gəlməlidir. Azərbaycanın mövqeyi bəllidir. Əsas maneənin müəllifi bu vaxtadək Ermənistan olub.Aİ-nin məruzəsində regiona kəşfiyyat səfəri faydalı hesab edilir. Amma o da bildirilir ki, çox illərdir bu işi həyata keçirmək mümkün deyil. Bunun da maneəsi Ermənistandadır.Həmsədrlərin ortalığa qoyduğu dəyişikliklər içərisində bəzi məsələlər Azərbaycanın Ermənistanla regional və ikitərəfli əməkdaşlığını istisna edir. Həmsədr ölkələr bunu nəzərə almalıdır".Politoloq Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsinin arxitekturasının vacib komponentlərinin bəlli olduğunu qeyd edib: "Bir az bundan öncə amerikalı həmsədr Şefer məhz bunların konseptual açıqlamasını təqdim etmişdi:
ı. Hərbi məsələlərin həlli.
ıı. Ərazilərin qaytarılması.
ııı. Statusun müəyyən edilməsi.
ıv. Bütün qaçqın və məcburi köçkünlərin ilkin yaşayış məskənlərinə qaytarılması.
Şeferin açıqlaması ATƏT-in Daimi Şurasının iclasında özünü göstərdi.
Qarşıdan ATƏT-in ministerialı gəlir. Ənənəvi olaraq bu ministerialda həmsədr ölkə nümayəndə heyətlərinin başçıları bəyanat yayacaqlar. Bu isə Dağlıq Qarabağ tənzimlənməsində daha bir irəliləyiş yarada bilər".

sia.az

Digər xəbərlər