Siyasət

  • 3 314

Elman Məmmədov: Danışıqlar prosesinin intensivləşməsi müsbət haldır

image

«Həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü əhəmiyyətlidir». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, danışıqların intensivləşməsi özlüyündə müsbət haldır. Onun sözlərinə görə, əsas məsələ bu prosesin konkret nəticələr verməsidir.
«ATƏT-in Minsk qrupu həmsədrlərinin sülh prosesini irəli aparmaq təşəbbüsləri müsbət qiymətləndirilə bilər. Amma bu təşəbbüslər ədalətə söykənməli və beynəlxalq hüquq normalarına əsaslanmalıdır. İşğalçı Ermənistan Qarabağ məsələsinin həllinə maraqlı deyil. Bu dövlət işğaçı siyasətini davam etdirmək istəyir. Buna baxmayaraq, Minsk qrupu işğalçını öz adı ilə çağırsa, məcburi köçkün olan insanların öz doğma yurdlarına qaytarılması tələbini irəli sürsə, Ermənistanın geri çəkilməsi şübhəsizdir. Çünki bu dövlət bütün cəhətlərdən iflasa uğrayıb. Azərbaycan tərəfi isə danışıqlar naminə bu prosesdə iştirak etmək niyyətində deyil və bu mövqe həmsədrlərə də məlumdur. Ona görə də, dövlətimizin həmsədrlərdən nəticəyə hesablanan fəaliyyət tələb etməsi tamamilə düzgün mövqedir»-deyə, deputat qeyd edib.
yap.org.az

Digər xəbərlər