Siyasət

  • 4 046

Azay Quliyev: "Azərbaycan-Aİ münasibətlərinə zərbə vurmağa çalışırlar"

image

"Azərbaycan ilə Avropa İttifaqı arasında keçirilməsi planlaşdırılan 5-ci “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycana qarşı hücuma başlayıblar". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.A.Quliyev bildirib ki, bir qrup beynəlxalq QHT-lər Azərbaycana qarşı yenidən fəallaşıb. Deputat bildirib ki, həmin QHT-lər Azərbaycan ilə Aİ arasında gedən proseslərə zərbə vurmağa çalışırlar: “Hər dəfə Azərbaycan ilə Avropa İttifaqı arasında mühüm proseslər baş verəndə QHT-lərin həmin şəbəkəsi fəallıq göstərir. Əgər onların siyahısına nəzər salsaq görərik ki, bəlli təşkilatlardır və hansısa qüvələr tərəfindən yönəldilirlər. Bu təşkilatlar arasında “PİN” adlı bir təşkilat var ki, Dağlıq Qarabağ münaqişəsinin fəal dövründə Azərbaycan əsirlərin daxili orqanlarını satmaqla məşğul idi. Azərbaycanla Avropa İttifaqının arasını vurmaq istəyən belə QHT-lər bu həssas məqdamda da Azərbaycana qarşı kampaniyanı davam etdirirlər”.A.Quliyev ümid etdiyini bildirib ki, belə QHT-lərin fəaliyyətinə baxmayaraq Azərbaycan ilə Aİ arasında münasibətlər dərinləşəcək: “Ümid edirəm ki, münasibətlər daha da dərinləşəcək və biz qarşıya qoyulan məqsədlərə nail olacağıq”.

sia.az.

Digər xəbərlər