Siyasət

  • 3 596

Siyavuş Novruzov: Azərbaycanın müstəqilliyinin qorunması və inkişaf etdirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

image

«17 noyabr Milli Dirçəliş Gününün xalqımızın taleyində xüsusi yeri var. Xalqımız öz dirçəlişi uğrunda şərəflə mübarizə aparıb». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, müstəqilliyin əldə olunması başqa, onun qorunması və inkişaf etdirilməsi isə başqa bir məsələdir. Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin qorunması və inkişaf etdirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızı qaldırdı və milli ordu quruculuğuna başladı.
«Biz bu məsələlərdə haqqı olan insanların əməyini qiymətləndirməliyik. Ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və bugünkü səviyyəyə gəlib çatmasını mütləq qeyd etməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinə gəlincə, bu məsələ həmişə diqqət mərkəzində olub. Ulu öndər Heydər Əliyev bu barədə tədbirlərin keçirilməsi, cümhuriyyət qurucularının adının əbədiləşdirilməsi və onun tarixinin araşdırılması haqqında mühüm qərarlar verib. Bu gün isə Prezident İlham Əliyev bu yolu davam etdirir. Dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması haqqında Sərəncamında da geniş məsələlər əksini tapıb. Amma bəzi siyasi partiyalar bu məsələdə maneçilik törətməyə çalışırlar. Xalq Cümhuriyyəti Azərbaycan xalqının tarixidir. Bu, Azərbaycana məxsusdur. Kimsə partiyasının adını keçmişdə fəaliyyət göstərmiş bir partiyanın adı ilə adlandırsa da, bu, o partiya demək deyil. Müsavat Partiyası Azərbaycan Xalq Cümhuriyyəti dövründə olan, Azərbaycan xalqının tarixinə aid partiyadır. Bugünkü Müsavatla, o Müsavat tamamilə başqa-başqadır. Azərbaycan Xalq Cümhuriyyəti dövründəki Müsavat Partiyası Azərbaycan xalqının partiyasıdır və qarışıqlıq salıb, ümumi işə xələl gətirmək lazım deyil»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər