Siyasət

  • 4 205

"Dünya ictimaiyyətinə öz töhfəmizi veririk" AÇIQLAMA

image

“Azərbaycan dünya üçün əhəmiyyətli tədbirlərin, o cümlədən beynəlxalq dərəcəli yarışların mərkəzinə çevrilib. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, Exspo sərgiləri və təqdimat mərasimləri məhz Bakıda keçirilir: “Bunun kökündə Azərbaycandakı siyasi sabitlik, təhlükəsiz mühit və ölkəmizin iqtisadi potensialı dayanır” 2015–ci ildə keçirilən 1-ci Avropa İdman Oyunları ərəfəsində ölkəmizdə dünya standartlarına cavab verən müasir idman infrastrukturu yaradılıb. O zaman qeyd olunmuşdur ki, yaradılana bu infrastruktur uzun müddət xalqımıza xidmət edəcək. Artıq biz bunun şahidiyik ki, Avropa İdman Oyunlarından sonra hər il ölkəmizdə çoxlu yarışmalar keçirilir və yarış iştirakçıları da yaratdığımız şəraitdən məmnun qalırlar. İndi isə Beynəlxalq Velosiped Assosiyası 2018-ci ildə Azərbaycanda “BMX Racing” velosiped yarışları üzrə çempionatı Bakıda keçirmək haqqında qərar verib və bununla bağlı artıq təşkilat komitəsi də yaradılıb, müəyyən tapşırıqlar verilib. Düşünürəm ki, bu yarışma dünya çempionatına öz ekstrimal yürüşü ilə yeni Bakı standartlarını ortaya qoyacaq və biz yenə, bir ilkə imza atacayıq”.Azər Badamov daha sonra qeyd edib ki, Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması sevindirici haldır: “Azərbaycan siyasi sabitliyi olan, müxtəlif mədəniyyətlərin birləşdiyi tolerant və multikultural mədəniyyətlərə malik, Avropa ilə Asiyanın mədəniyyət nümunələrini özündə əks etdirən, iqtisadi imkanları geniş və beynəlxalq sərgilərin keçirilməsinə hər tərəfli imkanı olan dünyada nadir ölkələrdəndir. Doğrudan da Azərbaycanın bu günki, hərtərəfli imkanları bir çox ölkələri üçün bir xəyaldır. Ona görə də beynəlxalq əhəmiyyətli bir çox tədbirlərinin keçrilməsi üçün ən münasib məkan Azərbaycan seçilir. Biz bundan qürur duyuruq və belə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməklə, dünya ictimaiyyətinə öz töhfəmizi veririk”

sia.az

Digər xəbərlər