Deputatımız Asiya PA-nın sessiyasına qatılacaq

Milli Məclisin deputatı İlham Məmmədov Asiya Parlament Assambleyasının 10-cu plenar sessiyasında iştirak etmək üçün bu gün Türkiyənin İstanbul şəhərinə səfər edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, sessiya çərçivəsində qurumun İcraedici Şurasının, Siyasi işlər, İqtisadiyyat və davamlı inkişaf, Sosial və mədəni işlər, Heyət və maliyyə qaydaları üzrə komitələrinin iclasları keçiriləcək.Millət vəkili toplantılarda müzakirəyə təqdim edilən məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.

Səfər noyabrın 23-də başa çatacaq.

sia.az