Siyasət

  • 5 113

Əli Əhmədov: Ölkəmizin gücünün və qüdrətinin artmasını vacib amil hesab edirik

image

Vətəndaşlarımızın sayının, ölkəmizin gücünün və qüdrətinin artmasını vacib amil hesab edirik.
Trend-in məlumatına görə, bunu Azərbaycan Uşaqların IV Ümumrespublika Forumunda Baş nazirin müavini Əli Əhmədov deyib.
Əli Əhmədov qeyd edib ki, bir neçə aydan sonra 10 milyonuncu uşaq dünyaya göz açacaq: "Bütün bunlar dövlətin üzərinə yeni qayğılar qoyur. Uşaqla bağlı qayğılar Azərbaycan dövləti üçün şərəfli işdir. Azərbaycan cəmiyyəti həm sayca artmalı, həm də ölkəmizin potensialını müəyyənləşdirən digər parametrlərə malik olmalıdır".
Baş nazirin müavini uşaq siyasətinin dövlət siyasətinin təməlini təşkil etdiyini nəzərə çatdırıb.
O bildirib ki, Azərbaycanın son 25 ildə əhalisi təxminən 40 faiz artıb: "Bu o deməkdir ki, Azərbaycan cəmiyyəti sağlam təməl üzərində qurulub".

yap.org.az

Digər xəbərlər