Siyasət

  • 12 643

Samirə Quliyeva: "YAP gəncliyin inkişafına xüsusi həssaslıqla yanaşır" AÇIQLAMA

image

“Tarixə qiymət vermək böyük məsuliyyətdir və 25 il tarix üçün o qədər də uzun zaman deyil. Lakin buna baxmayaraq 25 ili əhatə edən tarixə, geriyə baxanda görürsən ki, Azərbaycanın bütün sahələrdə nailiyyətlər əldə etməsi üçün partiyamızın üzləşdiyi bütün məsələlərdə qətiyyət göstərib və xalqın istəyinə və dövlət maraqlarına uyğun müstəqil siyasət yürütmək istiqamətində məharət göstərib. Yeni Azərbaycan Partiyası şərəfli və hadisələrlə zəngin inkişaf yolu keçməsi ilə fəxr edə bilər. Hər bir partiya üzvünün baş ucalığıdır. Çünki bu fəaliyyət həm də Azərbaycan dövlətçiliyinin güclənməsinə, müstəqilliyimizin qorunub saxlanmasına yonəlib”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva deyib.Onun sözlərinə görə, müstəqil və güclü dövlət isə Azərbaycan vətəndaşının rifah halının yaxşılaşmasını, ölkədə təhsil səviyyəsinin artırılmasını, iqtisadi inkişafın dayanıqlı və davamlı olmasını və ümümilikdə bütün sahələrin inkişafını, beynəlxalq aləmdə Azərbaycanı ləyaqətli bir dövlət kimi tanınmasını və qəbul olunmasını təmin edib. 25 ildə partiyamız mühüm nailiyyətlər qazanıb. Bu uğurlu yolun əsasında Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik və cənab Prezidentin qətiyyətli mövqeyi dayanır. Bu 25 ildə Yeni Azərbaycan Partiyası ölkənin, gənclərimizin həyatını kökündən dəyişdirib, hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli təfəkkürün, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Partiyamız gənclərin inkişafı üçün bütün imkanları yaradır və gənclərlə sıx işləməyi başlıca hədəflərindən biri hesab edir. Ölkəmizin intellektual gəncliyi öz siyasi talelərini Yeni Azərbaycan Partiyası ilə bağlayır. Partiya sıralarında 40% gənclər təşkil edir və bunların arasında müxtəlif elm sahələri üzrə fəlsəfə və elmlər doktoru, idman sahəsində titullara və fəxri adlara layiq görülənlər, Respublika, Avropa, Dünya, Olimpiya çempionları var.Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi həssaslıqla yanaşır, bu istiqamətdə həyata keçirilən layihələr və tədbirlər dövlət gənclər siyasətinə mühüm dəstək kimi çıxış edir. YAP-ın çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri gənc nəslə diqqət və qayğının artırılması, respublikamızın ictimai-siyasi həyatında onların fəal iştirakının təmin olunması, yeni nəslin gələcəyin layiqli vətəndaşları kimi formalaşması məqsədilə mühüm tədbirlərin həyata keçirilməsidir. Bütün bunların məntiqi nəticəsidir ki, gənclərimiz Yeni Azərbaycan Partiyasına inamla, məhəbbətlə üz tuturlar. Azərbaycanın milli-mənəvi dəyərlərini mənimsəmiş, mütərəqqi baxışlara və zəngin dünyagörüşünə malik dəyərli gənclərimizin əhəmiyyətli hissəsi Yeni Azərbaycan Partiyasının sıralarında cəmləşib.Yeni Azərbaycan Partiyası hər zaman gənclərdən gələn təklifləri, layihələri diqqətlə qarşılayır və gənclərimizə qayğı göstərməklə yanaşı, lazımi dəstəyini verir. Yaradılmış imkanlar gənclərimizin aktivliyini daha da artırır, fəaliyyətlərinin genişlənməsinə şərait yaradır. Partiyada gənclərin ictimai-siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, beynəlxalq əlaqələrin genişlənməsinə, ayrı-ayrı sahələr üzrə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilir, paytaxtda və eləcə də regionlarda müxtəlif tədbirlər hazırlanması həyata keçirir. Tədbirlər bir neçə istiqamətə bölünür - Azərbaycançılıq fəlsəfəsinin, Heydər Əliyev irsinin təbliği, Prezident İlham Əliyevin fəaliyyətinin öyrənilməsi, hərbi-vətənpərvərlik, erməni cinayətlərinin ifşası, gənclərin sosial və siyasi maarifləndirilməsi və s. Bu istiqamətlərin hər biri üzrə mütəmadi olaraq müxtəlif məkanlarda, o cümlədən Gənclər Birliyinin ofisində mədəni-kütləvi tədbirlər, dövlət rəsmiləri və elm adamları ilə gənclərin görüşləri təşkil olunur. Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə mühüm layihələr həyata keçirilir. Diqqətçəkən məqamlardan biri də budur ki, keçirilən hər bir görüşdən, tərdbirdən sonra partiyamıza üzv olan gənclərin sayı daha da artır.Yeni Azərbaycan Partiyasının ən böyük nailiyyəti isə hesab edirəm ki, bu 25 ildə formalaşan gənclər ordusudur. Azərbaycanda sağlam təfəkkürlü, milli-mənəvi dəyərləri mənimsəmiş, Vətəninə, xalqına bağlı, sədaqətli gənclər ordusunun yetişməsini təmin edib. Azərbaycan gəncliyi mütərəqqi dəyərləri mənimsəyib, milli maraqlara, həmçinin milli-mədəni dəyərlərə uyğun möhkəm əqidəyə sahibdir. Biz bunun örnəyini bir çox nümunələrin timsalında göstərə bilərik.Bu gün yeni Azərbaycan Partiyası Gənclər Birliyində gənclərin potensialından cəmiyyətin və dövlətin tərəqqisi naminə səmərəli şəkildə istifadə edilir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Partiyanın rəhbər tutduğu Azərbaycançılıq ideologiyasının prinsipləri əsasında, gənclər arasında Vətənə sevgi, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli-mənəvi dəyərlərimizi qorumaq təbliğ olunur.Azərbaycanın qazandığı nailiyyətlər, uğurlarımız hər bir vətəndaş kimi, gəncləri də çox sevindirir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə hər bir gəncin dərin rəğbət və məhəbbətini qazanıb. Biz anlayırıq ki, müasir dünyada dövləti müstəqil idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Prezidentimizin bu fəaliyyəti və keyfiyyəti, öz vətənini, xalqını sevən, azərbaycançılıq amalını qəlbində daşıyan bir rəhbər olması gənclərin YAP-a bağlılığını, partiya sıralarına axınını təmin edir.Gənclərimiz sosial şəbəkələrdə də xüsusi aktivliyi ilə daima fərqlənir. Çünki, bu gün Azərbaycanın inkişafından narahat olan xarici qüvvələrin məqsədlərini şərh etmək istəmirəm. Bu dairələrin demokratiya adı altında digər xalqlara hansı fəlakətləri yaşatdıqlarını yaxşı bilirik. Bu qüvvələrin bizə dırnaqarası tövsiyyələri, vaxtaşırı Azərbaycana təsir etmək, imicinə xələl gətirmək istəkləri müasir virtual məkanın imkanlarından istifadə edərək onlara layiqli və arqumentli cavab vermək kimi bir şərait yaradır və gənclərimiz də bu imkanlardan səmərəli istifadə edir. Bununla yanaşı gənclər tərəfindən mütəmadi olaraq ayrı-ayrı dövlətlərin rəsmilərinə, parlamentarilərinə, beynəlxalq təşkilatların katibliklərinə elektron poçtlar vasitəsi ilə Azərbaycanlılara qarşı törədilmiş cinayətləri özündə əks etdirən ingilis, fransız, rus və digər dillərdə hazırlanmış elektron müraciətlər göndərilir”.

sia.az

Digər xəbərlər