Siyasət

  • 5 083

Rusiyanın Türkiyəyə güzəştə gedə biləcəyi ən asan məsələ Dağlıq Qarabağ

image

"Erməni düşüncə tərzi Rusiya-Türkiyə münasibətlərini mütəmadi diqqətdə saxlayır. Uzun müddət ermənilər Rusiya-Türkiyə düşmənçiliyinə nail olmağa çalışdılar. Uğursuzluğa düçar oldular. Rusiya ilə Türkiyənin yaxınlaşması ermənilərin yuxusunu ərşə qaldırıb. Ermənilərə görə Rusiya Türkiyəni məhv etməlidir. Başqa sözlə, Ermənistan prizmasından Rusiya-Türkiyə münasibətlərində Qarabağ mövzusu yeganə məsələ deyil". Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.Politoloq bildirib ki, Azərbaycan üçün Rusiya-Türkiyə münasibətlərinin yalnız normallaşması lazımdır: "Çünki risk azalır, normal ticari-iqtisadi mexanizmlər fəaliyyət göstərir. Dağlıq Qarabağ problemini təkbaşına həll etməyə Azərbaycanın çoxdan gücü çatır. 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın erməni təxribatına qarşı təkbaşına verdiyi cavabı dayandırmaq üçün Rusiya tərəfi hiyləyə əl atdı. RF-in baş naziri D.Medvedev Türkiyənin bu əməliyyatlarda Azərbaycana dəstək verdiyini bildirdi. Medvedevin bu bəyanatınadək RF xarici işlər naziri S.Lavrov Türkiyənin hərbi əməliyyatlarda iştirak etmədiyini bildirmişdi. Medvedevdən sonra bütün Rusiya Türkiyənin Ermənistana qarşı müharibəsindən danışdı. Nəticədə, Azərbaycanın təkbaşına əldə etdiyi qələbəyə kölgə salmağa cəhdlər oldu".M.Əhmədoğlu qeyd edib ki, klassik Azərbaycan prizmasından heç bir dövlətin Dağlıq Qarabağ problemi ilə məşğul olmasına ehtiyacı yoxdur: "Əgər Rusiya Dağlıq Qarabağ məsələsini həll etmək istəyirsə, bunu birbaşa Azərbaycanın Prezidenti ilə müzakirə etməlidir. Bütün qalan variantlar Rusiyanın regional maraqlarının strategiyasına xələl gətirəcəkdir. V.Putinin R.T.Ərdoğana verdiyi cavabdan bu anlaşılır".Soçidə RF prezidenti V.Putinlə Türkiyə prezidenti R.T.Ərdoğan arasında 4 saatlıq görüşdə Dağlıq Qarabağ probleminin müzakirə edildiyini xatırladan politoloq əlavə edib ki, hal-hazırda Rusiya ilə Türkiyə arasında müzakirə olunan məsələlərin sayının hədsiz çox olduğu nəzərə alınmalıdır: "Heç kimin gözləmədiyi halda kürd faktoru sıradan çıxdı. Kürd faktoru Yaxın Şərq regionunda Rusiyanın böyük müttəfiqi idi. İran Suriyada İsraillə sərhəddən 30 km aralıda hərbi baza yaradır. V.Putinin dövründə Yaxın Şərq istiqamətində Rusiyanın əldə etdiyi bütün uğurlar qısa müddət ərzində əlindən çıxa bilər. Ona görə Rusiya indi Türkiyəyə qarşı kəskin siyasət apara bilməz. İş o yerə çatıb ki, Rusiya hətta Krım məsələsini Türkiyənin qarşısında qoya bilmədi; Türkiyənin fikrincə, Krım Ukraynanın ərazisidir, Rusiya Krımı işğal edib. Krım limanlarından çıxan gəmilərin Türkiyə limanlarına daxil olması qadağan edildi. Belə vəziyyətdə Türkiyədən lazımi dəstəyi almaq üçün Rusiya nəinki Qarabağı, hətta bütövlükdə Ermənistanı Türkiyəyə bağışlaya bilər".

sia.az

Digər xəbərlər