Siyasət

  • 8 733

Oqtay Əsədov: "Dövlət büdcəsi müasir dövrün çağırışlarına uyğun tərtib olunub"

image

Milli Məclisdə büdcə müzakirələri başlayıb. SİA-nın xəbərinə görə, iclasda ilk çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş iqtisadi siyasəti dünyada baş verən iqtisadi böhranın Azərbaycana təsirinin qarşısının alınmasına kömək edib.Onun sözlərinə görə, cari ildə "Əsrin müqaviləsi"nin 2050-ci illərə qədər uzadılması və Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin reallaşması Azərbaycan iqtisadiyyatının daha da inkişafına zəmin yaradıb.O.Əsədov qeyd edib ki, 2018-ci ilin büdcəsi gələn il də ölkəmizdə olacaq dinamik inkişafı əks etdirir. Büdcə gəlirlərində qeyri-neft sektoru 50 faizə çatıb: “Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, infastrukturun inkişafı və digər sahələrlə bağlı həyata keçirilən tədbirlər iqtisadiyyatımızın rəqabət qabilliyətinin artırılmasına gətirib çxıarıb.Bunun nəticəsidir ki, Azərbaycan Qlobal Davos Forumunun reytinqində iki pillə irəliləyib”.Spiker söyləyib ki, 2018-ci ilin dövlət büdcəsi müasir dövrün çağırışları nəzərə alınaraq tərtib olunub: “Gələn ilin büdcə zərfində real iqtisadi artım proqnozlaşdırılıb. Yeni büdcədə gəlirlər 2017-ci ilin büdcəsi iklə müqayisədə 3.3milyard, xərclər isə 3 milyard manat çox olacaq. Bütün bunlar kənd təsərrüfatının stimullaşdırılmasına və digər sahələrə yönəlib”.“Ümumiyyətlə, büdcə Milli Məclisdə bütün komitələr tərəfindən müzakirə olunaraq plenar iclasa tövsiyyə olunub. Müzakirələrdə 35-dən çox millət vəkili çıxış edib. Hesablama Palatası da yeni büdcə zərfi ilə bağlı sənəd hazırlayıb, onu müsbət qymətləndirib”- deyə O. Əsədov əlavə edib.

sia.az

Digər xəbərlər