Siyasət

  • 5 699

YAP ölkənin iqtisadi-siyasi həyatının inkişafında fəal rol oynayıb AÇIQLAMA

image

Yeni Azərbaycan Partiyasının yaranmasından ötən 25 il ərzində ölkənin iqtisadi-siyasi həyatının inkişafında fəal rol oynayıb. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib .Onun sözlərinə görə, YAP-ın qurucusu olan Ulu Öndər Heydər Əliyev qısa müddətdə Azərbaycanı dağılmaq təhlükəsindən, xaosdan, hərcmərclikdən qurtararaq qısa bir müddətdə stabil bir ölkəyə çevirdi: “Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev beynəlxalq aləmdə fəal siyasəti ilə Azərbaycanı dünyaya stabil bir ölkə kimi tanıtdırdı, islahatların uğurla aparılmasını dünyaya bəyan etdi. Bu dövrdə ölkə iqtisadiyyatının inkişafı üçün yeganə yol xarici investorları Azərbaycana cəlb etmək idi ki, bunu da Ulu öndər Heydər Əliyev bacardı və etdi. Ölkəmizdə son 14 ildə baş verən iqtisadi inkişafın məhz təməli Ulu Öndər tərəfindən qoyulub. Ulu Öndər siyasətinə sadiq qalan ölkə başçısı İlham Əliyev Azərbaycanı regionun ən inkişaf etmiş ölkəsinə çevirdi”.Eldəniz Səlimov qeyd edib ki, müstəqil Azərbaycan 90-cı illərin əvvəllərində idxalçı bir ölkə idi. Hər şey xaricdən gətirilirdi. İndi isə ixracatçı ölkəyə çevilmişik. İqtisadiyyatımız 3 dəfə artıb. Təkcə son illərdə energetika və nəqliyyat sahəsində həyata keçirilən layihələr iqtisadiyyatımızın sürətli inkişafını göstərən amildir. Bu gün ölkəmiz bir sıra xarici ölkələrin iqtisadiyyatının inkişafına özü sərmayə qoyur. Yeni Azərbaycan Partiyası ölkəmizin bütün sahələrində çalışan insanların böyük əksəriyyətini öz ətrafında birləşdirir. Ona görə də söyləmək olar ki, Yeni Azərbaycan Partiyası bilavasitə ölkə iqtisadiyyatının inkişafında xüsusi rola malikdir.

sia.az

Digər xəbərlər