Siyasət

  • 4 899

“Bu, bizə olan yüksək diqqət və etimaddır” AÇIQLAMA

image

“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmağım mənim üçün sürpriz oldu. Gözləmirdim, çünki mən Yeni Azərbaycan Partiyasının əsgəriyəm və partiya sıralarında fəaliyyətimlə öz vəzifəmi, borcumu yerinə yetirirəm”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva deyib.Onun sözlərinə görə, YAP hər zaman gənclərin fəaliyyətinə dəyər verib, diqqətlə yanaşıb: “Prezidentin Sərəncamında adımı oxuyanda böyük sevinc yaşadım. Məni, yüksək diqqətə layiq görüldüyüm üçün Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, Partiyamızın sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu hadisə gələcək fəaliyyətimdə, işlərimdə də mənə böyük stimul verəcək. Bu bizə olan yüksək diqqət və etimaddır. Etimadı layiqincə doğrultmaq çox məsuliyyətlidir və insanı daha da fədakar olmağa sövq edir. Bunların hamısı Ulu Öndər Heydər Əliyevin siyasətinin davamlılığının nəticəsidir. Ümummilli Liderimizin xatirəsi qarşısında baş əyirəm. Allah ona qəni-qəni rəhmət eləsin! Bundan sonra da Partiya rəhbərliyimi əmin etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Heydər Əliyev ideyalarını qoruyaraq, onu gələcək nəsillərə çatdırmaq üçün ölkə başçısı cənab İlham Əliyevin müasir, güclü və zəngin Azərbaycan quruculuğu siyasətinin həyata keçirilməsində fədakarcasına çalışacaq, dövlət müstəqilliyimizin, sabitlik və əmin-amanlığın qorunması istiqamətində bütün imkanlarından istifadə edəcək”.

sia.az

Digər xəbərlər