Siyavuş Novruzov: "Deputatların ezamiyyə xərcləri artırılsın"

Milli Məclisin komitə sədri Siyavuş Novruzov deputatların ezamiyyə xərclərinin artırılması təklifi ilə çıxış edib. SİA-nın xəbərinə görə, bu təkliflə parlamentdə Azərbaycan Respublikası Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.Millət vəkili bildirib ki, parlemantin işləri yalnız planlı şəkildə həyata keçirlmir: “Plansız çoxlu tədbirlər çıxır. Bu, dünyada və regionda baş verən hadisələrlə əlaqəlidir. Hər hansı hadisə baş verdikdə o zaman ezamiyyələrin sayı çoxala bilir. Əgər biz 2018-ci ildə 10 ezamiyyə planlaşdırırıqsa, bu rəqəm 20-30 da ola bilər. Çünki, bəzən baş verənlər tək bizim əlimizdə deyil. Bunun üçün əlavə maliyyə ayrılmalıdır. Maliyyə artıq olduğu təqdirdə yenidən büdcəyə qayıdacaq. Bildiyiniz kimi son dövrlər beynəlxalq parlamentlərdə, təşkilatlarda Azərbaycanla bağlı qərəzli qərarlar qəbul olunub. Bunun səfirlik və digər qurumların öhdəsinə verə bilmərik. Bu baxımdan deputatlar həmin yerlərə ezam olunmalıdır. Bunun üçün də maliyyə lazımdır”.S.Novruzov çıxışında dostluq qruplarının fəaliyyəti ilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, Azərbaycan həqiqətlərinin dünyaya çatıdırılması istiqamətində dostluq qruplarının gediş-gəlişinin təşkili ilə maliyyənin ayrılmasına ehtiyac var: "Səfərlər ünsiyyət üçün əsas məqamlardan biridir. İstər İslam Həmrəylik Oyunları, istər Avroviziya, istərsə də Avropa Oyunlarında ölkəmizə gələnlər ölkəmiz haqqında mənfi yazılara inanmırlar. Çünki, onlar həqiqəti öz gözləri ilə gəlib görüblər. Bu baxımdan dostluq qruplarının üzvlərinin ölkəmiz səfərlərinin təşkili üçün maliyyə ayrılmalıdır ki, gəlib hqəiqətləri öz gözləri ilə görsünlər”.Deputat çıxışı zamanı ölkə həqiqətlərinin dünyaya çatdırılması istiqamətində kitabların tərcümə edilərək xarici ölkələrdə yayılması üçün Milli Məclisə əlavə vəsaitin ayrılmasını istəyib: “Bildiyiniz kimi illərdir ki, Azərbaycana qarşı soyqırımlar həyata keçirilir. Bu baxımdan Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatıdırılması üçün müvafiq tədbirlər həyata keçirilməlidir. Burada söhbət Türkiyə, Gürcüstan, Rusiyadan getmir. Orada yaşayan azərbaycanlı iş adaları bu işlərin görülməsində dəstək olurlar. Lakin Avropanın elə ölkələri var ki, orada 3 nəfər də olsun azərbaycalı iş adamı yoxdur. Belə olan halda, həmin ərazilərdə Azərbaycan həqiqətlərinin çatıdırılmasında problem yaranır. Bunun üçün parlamentin bir qolu buna ayrılmalıdır. Elə kitablar var ki, onlar tərcümə olunub həmin ölkələrdə paylanılmalıdır. Lakin vəsait olmadığı üçün bunu etmək olmur. Düzdür, parlament sədrininin köməyi ilə müəyyən işlər görülür. Lakin bu işləri görmək üçün Milli Məclisin özünün büdcəsi olmalıdır”S.Novruzov parlamentdə çalışaların əmək haqlarının artırılması təklifi ilə də çıxış edib: “Parlamentdə elə peşəkar kadrlar var ki, onlar dövlətin işlərində yaxından iştirak edirlər. Onların əmək haqqlarının artırılmasına dəstək verilsə yaxşı olar”.

sia.az