Siyasət

  • 4 379

Brüsseldə “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək

image

Bu gün Brüsseldə 5-ci Avropa İttifaqı “Şərq tərəfdaşlığı” sammiti başlayır. SİA-nın xəbərinə görə, sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. "2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması" adı altında təşkil olunmuş sammitin sonunda yekin bəyannamənin qəbul olunması gözlənilir. Sammitdə Belarus prezidenti Aleksandr Lukaşenko istisna olmaqla, digər 5 lider iştirakını təsdiqləyib.Qeyd edək ki, Sonuncu sammit 2015-ci ildə Riqada keçirilmişdi.Məlumat üçün nəzərinizə çatdıraq ki, 2009-cu ildən yaradılan “Şərq Tərəfdaşlığı” proqramının əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna arasında əlaqələri dərinləşdirməkdir.

sia.az

Digər xəbərlər