Siyasət

  • 5 008

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı "Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində yaşıllaşdırma aksiyasına start verib

image

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı İsmayıllı Meşə Mühafizəsi və Bərpası müəssisəsi (MMBM) ilə birgə partiyanın yaranmasının 25 illik yubileyi münasibətilə "Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində Qalınçaq meşəbəyliyinin 3 saylı dolayında-Topçu kəndi ərazisində 1 ha sahədə 600 findıq tingi əkilmişdir.

İsmayıllı rayonunda ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində rayon təşkilatının təşkilatçılığı ilə silsilə ağacəkmə kampaniyaları, iməcliklər keçirilir, rayonda yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və rayonumuzun daha da gözəlləşməsinə yönəlmiş işlər daim nəzarətdə saxlanılır.

yap.org.az

Digər xəbərlər