Siyasət

  • 4 363

Çində siyasi partiyaların beynəlxalq görüşü başlayıb

image

Pekində Çin Kommunist Partiyasının dünyanın siyasi partiyaları ilə dialoquna dair yüksək səviyyəli beynəlxalq görüş keçirilir.

120 ölkədən 200-ə yaxın siyasi partiya və təşkilatın nümayəndələrinin qatıldığı tədbir xarici ölkələrin siyasi partiyalarını, xüsusən də hakim partiyaları ÇKP-nin oktyabrda keçirilmiş XIX qurultayının nəticələri, partiyanın qarşıdakı illər üçün qarşıya qoyduğu planlar barədə məlumatlandırmaq məqsədi daşıyır.
Qeyd edək ki, məlumatlandırma prosesi iki mərhələdən ibarət olub. İlkin mərhələdə dost və tərəfdaş ölkələrin siyasi rəhbərliyini və hakim partiyalarını ÇKP-nin XIX qurultayının nəticələri barədə məlumatlandırmaq üçün xüsusi işçi qruplarının həmin ölkələrə səfərləri təşkil edilib. Bu səfərlərdən də biri də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çjunun rəhbərlik etdiyi nümayəndə heyətinin noyabrın ortalarında Azərbaycana səfəridir. Cənubi Qafqaz ölkələrindən təkcə Azərbaycana reallaşan həmin səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini–icra katibi Əli Əhmədov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə keçirilən görüşlərdə iki ölkə və hakim partiyalar arasında dostluq münasibətlərinin və əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılmışdı. Li Çju regionun aparıcı dövləti olan Azərbaycanı Çinin önəmli tərəfdaşı adlandıraraq, ÇKP nümayəndə heyətinin xüsusi işçi qrup qismində Azərbaycana səfərinin bu qəbildən ilk xarici səfər olduğunu demişdi.
Məlumatlandırma kampaniyasının ikinci mərhələsi isə digər ölkələrin siyasi partiya və təşkilatlarının nümayəndələri ilə bu gün Pekində başlayan görüşdür.

yap.org.az

Digər xəbərlər