Siyasət

  • 4 967

YAP Qobustan rayon təşkilatı “ Hərəyə bir ağac əkək “ kampaniyasına start verib

image

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı Qobustan Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə birlikdə partiyanın yaranmasının 25 illik yubileyi münasibətilə “ Hərəyə bir ağac əkək “ kampaniyası çərçivəsində Cəngi kənd ərazisində 0,5 ha sahədə 350 badam tingi əkilmişdir. Bu kampaniyada təbiətin və ekoloji mühitin mühafizəsi , biomüxtəlifliyin qorunması istiqamətində çox saylı tədbirlər və layihələr həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işinin Qobustan rayonunda da uğurla həyata keçirilir. Ağacəkmə kampaniyasında YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gulaliye, təşkilatın əməkdaşları, Yeni Azərbaycan Partiyasının fəalları ,gənclər, Cəngi kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edirdi.

Qeyd edək ki, Qobustan rayonunda “ Hərəyə bir ağac əkək” kampaniyası üzrə tədbirlər planına uyğun olaraq davam etdiriləcək.

yap.org.az

Digər xəbərlər