Siyasət

  • 4 689

Millət vəkili: "“Hay"lar özləri haqqında bundan da betərini eşidiblər”

image

“Rusiya televiziyalarından birində Ermənistan prezidentinin "ərinə xəyanət edən arvad"a bənzədilməsi bizdə bir çoxlarımızda böyük ruh yüksəkliyi doğurub. Bənzədilib lap yaxşı, bəs sonra?”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında millət vəkili Sahib Alıyev deyib.“Xəyanətə uğramış ər Qarabağda döyüşlər başlayarsa özünü yenə ötən ilin aprelindəki kimi aparacaq, ya yox, xəyanətkar arvadının boyun-boğazını yeni tanklar, təyyarələr, artilleriya qurğuları, zenit raket sistemi ilə bəzəyəcək, ya bəzəməyəcək, çantasına kretid adı ilə bəxşiş qoyacaq, ya qoymayacaq, bizim üçün önəmli olan bax, budur.Ermənistan prezidentinin təhqir olunmasına gəldikdə "hay"lar zaman-zaman özləri haqqında bundan da betərini eşidiblər. Həm də, üzürlü sayın, fahişəni "xəyanət edən arvad" adlandırmaq onun üçün təhqir deyil, əksinə tərifdir”- deyə, S.Alıyev fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər