Siyasət

  • 5 519

Siyavuş Novruzov: "Qanunda həllini tapmayan məsələlər çoxdur"

image

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin qəbulunun tərəfdarıyam. Amma burada həllini tapmayan məsələlər çoxdur. Belə ki, qanunda hansı formada açıq və qapalı yerlərdə tütün məmulatlarından istifadə olunacağı müəyyənləşməyib”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov qanun layihəsinin müzakirəsi zamanı etdiyi çıxışında deyib.Onun sözlərinə görə, açıq yer dedikdə uşaq bağçasının önü, məktəbin yaxınlığı da nəzərdə tutula bilər: “Biz bu yerlərdə siqaret çəkilməyin qadağan edilməsini nəzərdə tutsaq da, lakin insanlar digər tərəfdən qanunda nəzərdə tutulan açıq yerlər ifadəsindən istifadə edib bu yerlərdə siqaret çəkə bilərlər: “Misal üçün kimlərsə restoranların qarşısında düzülən stollarda da siqaretdən istifadə edə bilər. Amma biz oradan keçən azyaşlı, uşaq, ağsaqqal və qadınlara siqaret tüstüsünün necə təsir etməsini fikirləşməliyik. Bu baxımdan hesab edirəm ki, restoranların özləri siqaret çəkmək üçün yerlər müəyyənləşdirməlidirlər”..“Biz tütünçülüyün inkişafı ilə bağlı qərarlar qəbul edirik. Amma bir tərəfdən də tütündən istifadəni məhdudlaşdırırıq. Lakin bu məsələ müəyyənləşdirnməliyik. Təbii ki, vətəndaşımızın sağlamlığı vacibdir. Amma bu məsələ elə müəyyənləşdirməliyik ki, büdcəyə də ziyan etməsin. Bildiyiniz kimi, Azərbaycana turist axını başlayıb. Onların hər biri öz mədəniyyətini göstərir. Ölkəmizə gələnlər arasında ərəblərin sayı çoxalıb. Əgər ərəbin sulu qəlyan və ya tütünlə bağlı hər hansı istək, arzusu varsa və restoranlar da bunu həyata keçirmək istəyirsə, biz buna yol verə bilmərik. Belə olan halda, sulu qəlyandan istifadə etmək istəyənlər üçün də ayrıca yerlər ayrılmalıdır. Ümumiyyətlə, istənilən məsələdə qanunun aliliyi qorunmalıdır”.

sia.az

Digər xəbərlər