Siyasət

  • 4 824

Millət vəkili: “BMT münaqişənin həllinə daha ciddi diqqət göstərməlidir”

image

"Azərbaycanda yeni əlillərin yaranmasının bir səbəbi də BMT-nin qəbul etdiyi qətnamələrin icra olunmamasıdır". SİA-nın verdiyi məlumata görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli BMT-nin "Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiyanın icrası ilə bağlı Azərbaycan¬ın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda konfransda deyib.Onun sözlərinə görə, qətnamələrin icra olunmaması səbəbindən aprel döyüşlərində insanlar əlill olublar: "Füzuli rayonunun Alxanlı kəndində Zəhra balamızın şəhid olması bir daha onu göstərir ki, BMT və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllinə daha ciddi diqqət göstərməlidir. Əlilliyin qarşısının alınması sahəsində bu addımların böyük əhəmiyyəti var".

sia.az

Digər xəbərlər