İntiqam Babayev: Müasir Azərbaycanın gəncliyi ölkəmizi bütün sahələrdə layiqincə təmsil edir

«Gənclərlə iş dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir». Bu fikri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, gənclər siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
«Ümummilli lider Heydər Əliyev gənclərimizin geniş intellektə, dünyagörüşünə malik olmalarına, milli vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə edilmələrinə, fiziki cəhətdən sağlam yetişmələrinə xüsusi diqqət yetirirdi. Qürurverici haldır ki, müasir Azərbaycanın sağlam gəncliyi ölkəmizi bütün sahələrdə layiqincə təmsil edir. Gənclərimizin potensialının inkişaf etdirilməsi dövlət gənclər siyasətinin tərkib hissəsidir»- deyə, nazir müavini vurğulayıb.

yap.org.az