Komitə sədri: "Ermənistan ikiüzlü siyasət yürüdür"

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi konseptual baxımdan mükəmməl hazırlanıb. Layihədə silahlı qüvvələrin fəaliyyəti, sosial təminatı və digər məsələlər burada öz əksini tapıb. Son 26 ilə nəzərə salsaq, Azərbaycanın silahlı qüvvələrinin keçdiyi yol Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Liderin arzusu Azərbaycanda güclü silahlı qüvvələrin olması idi. Yeni hazırlanan qanundan da görünür ki, Azərbaycanın ordusu Cənubu Qafqazın ən güclü ordusuna çevrilib”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi I oxunuşunun müzakirələri zamanı çıxış edərkən deyib.Deputat bildirib ki, qanunda bütün məsələlərə həssaslıqla toxunulub: “Hazırki dövrdə bu qanun hazırlanması və tez bir zamanda tez bir zamanda qəbuluna ehtiyac var. Bilirsiniz kimi bir neçə gün bundan öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısında yeni silahlı birləşmələrin yaradılması haqqında qərar qəbul edilib. Bildiyiniz kimi, düşmən ölkə Ermənistan da bu müqavilənin üzvüdür. Ermənistan bir tərəfdən Avropa İttifaqı, digər tərəfdən də KTMT-də qoşun növlərinə qoşulur ki, bir-birinin ərazisinə daxil olduqda onlara yardım edilsin. Bu, həm Ermənistan, həm də onlara şərait yaradanların ikiüzlülüyüdür. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda silahlı qüvvələrlə bağlı qanunun qəbul edilməsi vacibdir”.Qanun layihəsində silahlı qüvvələrə nəzarətin Ali Baş Komandana həvalə edilməsini yüksək qiymətləndirən deputat söyləyib ki, vahid nəzarət mexanizmi Ali Baş komandanın nəzarəti altında olmalıdır: “Türkiyədə Süleyman Dəmirəlin hakimiyyəti dövründə nəzarətin parlamentə həvalə edilməsi nəticəsində orada 8 dəfə dövlət çevrilişi olub”.Deputat qeyd edib ki, ordu cəmiyyətin bir hissəsidir: “Cəmiyyətdə baş verənləri orduya daşımaq olmaz. Kimin ailəsində nə baş versə, onun orduya daşımasın. İctimai nəzarət silahlı qüvvələri dedi-qodu mənbəyinə çevirirsə, o işin heç bir əhəmiyyəti olmaz. Ümumilikdə isə Azərbaycan Ordusu, silahlı qüvvələri bu gün həm təchizat, həm fiziki, həm də mənəvi hazırlıq baxımından yüksək əhval-ruhiyyədədir. Ordumuz ölkəmizin ərazilərini işğaldan azad etməyə hazırdır”.

sia.az