Siyasət

  • 3 537

Millət vəkili: “Hər üç ölkə bir-birinin inkişafında maraqlıdırlar" AÇIQLAMA

image

“Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatında hər üç dövlətin bir çox məsələlərdə ümumi baxışları var. Hər üç ölkə bir-birinin inkişafında maraqlıdırlar və beynəlxalq birlikdə birgə fəaliyyət göstərirlər”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, ilk dəfədir ki, Azərbaycan-Türkiyə-Pakistan xarici işlər nazirlərinin görüşü keçirilir: “Artıq bunun mütəmadi olaraq ildə bir dəfə əlifba sırası ilə növbəti ölkədə keçirilməsi gözlənilir. Gələn il bu, Pakistanda olacaq. Konkret müzakirə mövzusu yoxdur. Yəni bunun özü tərəflərin bir-birinə çox yaxın olduğu və birgə fəaliyyət göstərməkdə maraqlı olduğunu göstərir. Tərəflərin dünyada gedən proseslərə eyni baxışları var. Həmçinin ikitərəfli münasibətlərdə mümkün olan bütün sahələrlə əməkdaşlıq etmək barəsində maraqları var. Bu siyasi məsələlər üzrə müzakirələrlə yanaşı, eyni zamanda iqtisadi ticarət əlaqələridir və investisiya qoyuluşu üçün əlverişli şəraitin yaradılmasıdır. Bununla belə müttəfiqliyin ən vacib şərtlərindən olan hərbi-texniki əməkdaşlıqdır. Bu münasibətlər hər bir ölkənin marağlarına uyğundur və hər bir ölkə bundan maksimum siyasi və iqtisadi uğur əldə edəcək. Bu üç ölkənin münasibəti digər qonşu ölkələr üçün də dostluğun bariz nümunəsidir”.

sia.az

Digər xəbərlər