Siyasət

  • 3 313

“Asiyanın Qəlbi - İstanbul Prosesi” siyasi dialoq və əməkdaşlıq üçün vacib platformadır AÇIQLAMA

image

“Bu gün Azərbaycan Respublikası regional miqyasda əməkdaşlığın və təhlükəsizliyin təmin edilməsi, qorunması işinə ən böyük töhfələr verən mühüm aktorlardan biridir. Təsadüfi deyildir ki, dövlətimizin təşəbbüsü və dəstəyi ilə reallaşdırılan transmilli layihələr Avrasiya geosiyasi məkanında bir çox ölkələrin etibarlı əməkdaşlıq münasibətlərinə girməsinə, birgə separatçılıq və terrorizm ilə mübarizənin gücləndirilməsi işinə marağının artmasına səbəb olmuşdur”.Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.Sədaqət Vəliyeva bildirib ki, hazırda Azərbaycan ümumbəşəri problemlərin həlli istiqamətində də ciddi addımlar atmaqla qlobal dialoq məkanı kimi diqqət çəkir: “Tolerantlıq, multikulturalizm, iqtisadi inkişaf nümunəsi kimi dünya ölkələrinin gündəmində qalan ölkəmiz eyni zamanda qlobal təhlükəsizliyin də təmin edilməsi işində aktiv iştirak edir. Müxtəlif regionlarda sülhyaratma prosesində iştirak edən Azərbaycan həmçinin Əfqanıstanda da müxtəlif layihələrdə yer almaqdadır. Elə ötən gün Bakı şəhərində “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının keçirilməsi də təsadüfi deyildir. 2011-ci ildən başlayan bu proses artıq 7-ci dəfədir reallaşır və gələn il növbəti tədbir Türkiyədə keçiriləcək.Asiyanın Qəlbi olan regionda sülhün və əmin-amanlığın təmin edilməsi baxımından bu tədbirin əhəmiyyəti çox yüksəkdir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub.Şübhəsiz ki, “Asiyanın Qəlbi – İstanbul Prosesi” regionda dialoq və etimadın gücləndirilməsində əhəmiyyətli rolu var. Ölkələrin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, daxili işlərə qarışmamaq kimi prinsiplərlə bağlı öhdəliklərin yerinə yetirilməsinə istiqamətlənmiş Prosesdə həmçinin dövlətlərin suverenliyi, ərazi bütövlüyünə qarşı güc tətbiq edilməsinin yolverilməzliyi, bu əməllərdən çəkinmənin vacibliyi xüsusi hal kimi diqqətə çatdırılır. Eyni zamanda, terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsinə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə səylərin artırılması, sülh, təhlükəsizlik, regional əməkdaşlıq kimi məsələlər də gündəmdə saxlanılır”.“Göründüyü kimi, 14 dövlətin və BMT-nin daxil olduğu “Asiyanın Qəlbi - İstanbul Prosesi” Asiyanın Qəlbi regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycan sözügedən sammitə ev sahibliyi etməklə Əfqanıstanın və Asiyanın Qəlbi regionunda sülhün və tərəqqinin təbliği ilə bağlı qarşıda duran hədəfə çatmaq məqsədi daşıyan bu prosesin uğuru üçün mühüm öhdəliyi paylaşdığını bir daha təsdiqləyib.

sia.az

Digər xəbərlər