Siyasət

  • 3 732

YAP-ın 25 illik yubileyi ilə əlaqədar “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində Biləsuvarda 5 mindən artıq ağac əkiləcək

image

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar YAP Biləsuvar rayon təşkilatı “Hərəyə bir ağac əkək” kampaniyasına start verib.Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən ağacəkmə kampaniyasında YAP Biləsuvar rayon təşkilatının İdarə Heyəti, Qadınlar Şurası, Gənclər Birliyinin üzvləri, partiya fəalları, ziyalılar, ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər.Bayram əhval ruhiyyəsi ilə başlayan kampaniyanın ilk günündə YAP fəallarının iştirakı ilə Biləsuvar-Cəlilabad magistral yolunun kənarında 2000-dən çox nar ağacı əkilib. Əkilən ağaclar suvarılıb.“Hərəyə bir ağac əkək” kampaniyası Biləsuvarda yaşıllığın genişləndirilməsinə və ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına töhfə verəcək.YAP Biləsuvar rayon təşkilatından verilən məlumata görə, “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində rayonda 5 mindən artıq ağac əkiləcək.

yap.org.az

Digər xəbərlər