Siyasət

  • 3 411

YAP Şəmkir rayon təşkilatı ağacəkmə aksiyası keçirib

image

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı partiyanın yaranmasının 25 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirib.
“Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində Şəmkir rayonunun qəsəbə və kəndlərində müxtəlif növ ağac əkilib. Bu kampaniyada təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işi Şəmkir rayonunda da uğurla həyata keçirilir.
Ağacəkmə kampaniyasında YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, təşkilatın əməkdaşları, Yeni Azərbaycan Partiyasının fəalları, gənclər iştirak ediblər.
Qeyd edək ki, Şəmkir rayonunda “ Hərəyə bir ağac əkək” kampaniyası tədbirlər planına uyğun olaraq davam etdiriləcək.

yap.org.az

Digər xəbərlər