Siyasət

  • 4 596

Deputat: “Xəstə onların heç birinə güvənmir" MÜNASİBƏT

image

“Özünü Tiflisdəki "New Hospitals" Klinikasının direktoru kimi təqdim edən Nika Okriaşvili deyilən birisinin sayıqlamalarına mən də baxdım. Görürəm, hər cümləsindən özündənrazılıq tökülən və təkcə səhiyyəmizi deyil, həm də xalqımızı, ölkəmizi aşağılamağa çalışdığı açıq-aydın görünən bu "debil"in fikirlərini böyük məmnunluqla paylaşanlar da var, bundan qəzəblənənlər də”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında millət vəkili Sahib Aliyev deyib.Onun sözlərinə görə, OKRİAŞvililərin özlərindən qat-qat yuxarıda dayananları həmişə aşağılamağa çalışdıqları ilə birinci dəfə deyil rastlaşırıq, bu onların köhnə mərəzləridir: “Özü də təkcə bizə yanaşmada bunu etmirlər. Bu tipə gəldikdə isə, necə bir “mütəxəssis” olduğu taksi sürücülərini köməkçisi, yəni tibbi dildə desək, assistenti etməsindən, özünün dediyinə görə, xəstə haqda anamnez bilgiləri də elə onlardan almasından bəlli olur. Əgər bu açıqlamadan sonra da kimsə OKRİAŞvililərin klinikalarına üz tutacaqsa, daha sözüm yoxdur. Özünə hörmət edən və az-çox ağılı olan biri heç zaman onun xalqını ələ salan belə yaramaz debillərin klinikasına gedə bilməz, getməməlidir!O ki qaldı bizim səhiyyəmizə, mən burada heç bir problemin olmadığı düşüncəsində deyiləm. Çünki onları görür, oxuyur və eşidirəm. Ancaq orasını əminliklə deyə bilərəm ki, indi bu regionda ən çox səhiyyəyə diqqət yetirən ölkə Azərbaycandır. Azərbaycanın onlarla səhiyyə obyekti həm funksionallıq, həm avadanlıq, həm də orada çalışan mütəxəssislərinin səviyyəsi baxımından Gürcüstanın ən aparıcı klinikalarından daha öndədir. Bizim mütəxəssislərin ayaqlarının bildiyini isə heç OKRİAŞvili kimilərin başı bilmir. Amma, bir çox xəstəmizin bu OKRİAŞvili kimi "debil"ə və onun assistenti rolunda çıxış edən taksi sürücülərinə üz tutmasının səbəblərindən biri isə odur ki, həmən o mütəxəssislərimiz özləri də bir-birlərini gözdən salmaqla məşğuldurlar. Bu onu pisləyir, o bunu. Nəticədə də xəstə onların heç birinə güvənmir və OKRİAŞvililərə üz tutur. Etməyin!Yeri gəlmişkən, buradan istəyirəm bir çox həkimlərimiz var ki həm onların özlərinə, həm də çalışdıqları tibb müəssisələrinin rəhbərliklərinə minnətdarlığımı çatdırım.Şənbə və bazar günləri Azərbaycan Tibb Universitetinin kafedra müdiri , cərrah-transplantoloq professor Nuru Bayramov, travmatoloq- ortoped, dosent Cəfər Nəsirli, Gömrük Hospitalının mamalıq və ginekologiya şöbəsinin rəisi tibb üzrə fəlsəfə doktoru Təranə Bayramova, Mərkəzi Klinikanın əməkdaşları, tibb üzrə fəlsəfə doktorları- USM uzmanı Yaqub Məmmədov və uroloq Elbəyi Daşdəmirov Tərtərə gələrək onlarla adamı tibbi yoxlamadan keçirdilər, cəbhə bölgəsindəki həmkarları ilə öz təcrübələrini bölüşdülər. Bax, həmən o OKRİAŞvili kimilər bizim bu həkimlərin heç atılan dırnaqları belə ola bilməzlər, həm də heç bir baxımdan!".Qeyd edək ki, həkimlərimiz Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 28-də açılışını etdiyi Şıxarx qəsəbəsində də oldular və hayların Dağlıq Qarabağa gəlmələrinin 150 illiyi ilə bağlı ucaldıb, sonra da iz itirmək üçün dağıtdıqları abidəyə də baxdılar.

sia.az

Digər xəbərlər