Siyasət

  • 3 675

Azərbaycan AŞPA komitələrinin iclaslarında təmsil olunacaq

image

Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın fakt araşdırıcı missiyasının tərkibində İtaliyanın paytaxtı Romada səfərdədir. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, deputatımız AŞPA komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 6-da Fransanın paytaxtı Parisə yola düşəcək.Qurumun Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında qadınlar və kişilər arasında bərabərlik məsələsinə baxılacaq, işə qəbul zamanı yol verilən ayrı-seçkiliyə dair fikir mübadiləsi aparılacaq. Avropada zorakı evliliklər, əlillərin müdafiəsi, milli azlıqların və regional dillərin qorunması kimi aktual mövzular gündəmdə olacaq. Deputatımız müzakirələrdə yaxından iştirak edəcək.Sahibə Qafarovanın sədr olduğu AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsində isə Ukrayna müharibəsinin nəticələri, Suriya ilə qonşu olan ölkələrdə qaçqınların vəziyyəti, Aralıq dənizində axtarış və can qurtarma əməliyyatları, qaçqın və məcburi köçkünlər üçün iş imkanlarının yaradılması, miqrant uşaqların məcburi təhsilə cəlb olunması və digər mühüm məsələlər müzakirəyə çıxarılacaq. “Diaspora siyasəti üzrə parlament şəbəkəsi” mövzusuna xüsusi yer veriləcək. Komitənin sədri Sahibə Qafarova “Avropada miqrantların radikallaşması və diaspora birlikləri” mövzusu üzrə hazırladığı məruzə barədə ətraflı məlumat verəcək.

Səfər dekabrın 9-da başa çatacaq.

sia.az

Digər xəbərlər