Siyasət

  • 3 155

Rauf Əliyev: Respublikamızda qeyri-neft sektorunda əhəmiyyətli dərəcədə artım müşahidə olunur

image

«Azərbaycan dünyada dinamik inkişaf edən ölkələrdən biridir». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, bu uğura həyata keçirilən iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatı şaxələndirməklə nail olunub. Onun sözlərinə görə, Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər qeyri-neft sektorunun inkişafını təmin edir.
«Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun inkişafının təmin edilməsi prioritet istiqamət təşkil edir. Bu sahənin inkişaf etdirilməsinə göstərilən davamlı dövlət qayğısının nəticəsidir ki, son illərdə ölkənin iqtisadi inkişaf dinamikasında qeyri-neft sektorunun çəkisi getdikcə artır. Son illərdə respublikamızda qeyri-neft sektorunda əhəmiyyətli dərəcədə artım müşahidə olunur»- deyə, R.Əliyev vurğulayıb.

yap.org.az

Digər xəbərlər